Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığı möhkəm dayaqlara malikdir

Adətən demokratik cəmiyyətlər bir neçə mühüm xüsusiyyətlərinə görə fərqlənir, seçilirlər. Hansı ki, həmin xüsusiyyətlər, ölçülər demokratik inkişaf yolunu tutmuş, bu yolla addımlamağı qarşına məqsəd qoymuş ölkələr, dövlətlər üçün xarakterikdir. Bir qayda olaraq, həmin norma və prinsiplərin biri olmadıqda, əksiklik yarandıqda, yaxud onun təmin olunması minimum səviyyədə belə özünü göstərmədikdə həmin cəmiyyət, ölkə, antidemokratik cəmiyyət, dövlət kimi xarakterizə edilir.

Adətən demokratik cəmiyyətlər bir neçə mühüm xüsusiyyətlərinə görə fərqlənir, seçilirlər. Hansı ki, həmin xüsusiyyətlər, ölçülər demokratik inkişaf yolunu tutmuş, bu yolla addımlamağı qarşına məqsəd qoymuş ölkələr, dövlətlər üçün xarakterikdir. Bir qayda olaraq, həmin norma və prinsiplərin biri olmadıqda, əksiklik yarandıqda, yaxud onun təmin olunması minimum səviyyədə belə özünü göstərmədikdə həmin cəmiyyət, ölkə, antidemokratik cəmiyyət, dövlət kimi xarakterizə edilir. Beynəlxalq aləmdə ona bu cür münasibət bəslənilir, qiymət verilir. Bir qayda olaraq beynəlxalq təşkilat və qurumlar, demokratiya uğruna fəaliyyət göstərən təsisatlar, beynəlxalq QHT şəbəkəsi, eləcə də ayrı-ayrı ölkələr qeyd etdiyimiz kriteriyaları özündə ehtiva etməyən, yaxud buna maraqlı görünməyən hakimiyyətləri demokratik hakimiyyət hesab etmir, mümkün qədər onunla əməkdaşlıqdan imtina edilir, əlaqələr demək olar ki, minimum səviyyədə mövcud olur. Paralel olaraq müntəzəm olaraq  həmin təsisatlar, təşkilat və qurumların hazırladığı illik, rüblük, yarımillik hesabatlarda, rəylərdə qeyd etdiyimiz kriteriyaları özündə əks etdirməyən ölkələr sıralamada ən son yerdə qərarlaşır. Bəs bu kriteriyalar, göstəricilər hansılardır?

Birincisi, fikir, söz, ifadə və məlumat azadlığı-Fikir, söz, ifadə və məlumat azadlığının təmin olunmadığı, mətbuatın, kütləvi informasiya vasitələrinin sıxışdırıldığı, onların fəaliyyətinə maneçilik törədildlyi mühit, ölkə, cəmiyyət demokratik hesab edilə bilməz. Çünki mətbuat cəmiyyətin güzgüsü, onun inikasıdır. Əgər güzgü çirkli, yaxud sınıq olarsa cəmiyyəti, onun üzləşdiyi problemləri özündə əks etdirə bilməz. Bu səbəbdən demokratik cəmiyyətlər, respublikalar bir qayda olaraq ölkədə fikir, söz, ifadə və məlumat azadlığının təmin olunması üçün çalışır. Maksimum dərəcədə ona normal, yüksək səviyyəli fəaliyyət üçün şərait yaradır. Onun problemlərini həll edir, maddi-texniki bazasını möhkəmləndirir, mətbuatın, kütləvi informasiya vasitələrinin basqılar, təzyiqlərlə üzləşməməsi üçün əlindən gələni əsirgəmir. İndi gəlin Azərbaycanda bu sahədə mövcud olan vəziyyətə diqqət yetirək. Yəni, Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığı kimi başlıca demokratik prinsipə necə əməl edilir?. Birmənalı olaraq qeyd edə bilərik ki, bu sahədə vəziyyət kifayət qədər normaldır. Və bunu da sübuta yetirəcək kifayət qədər faktlar, reallıq mövcuddur.

Birincisi, ölkədə istənilən şəxs öz fikrini istər hansısa kütləvi informasiya vasitəsi, qəzet və ya jurnalda, istər televiziya kanalında açıq şəkildə ifadə edə bilir. Bu istər iqtidar mətbuatı, qəzeti olsun, istərsə də müxalifət. Yaxud istər özəl televiziya kanalı olsun, istərsə də dövlət televiziya kanalı fərq etməz. Vətəndaş qarşılaşdığı, üzləşdiyi hər hansı bir çətinliyi, problemi ictimailəşdirə, onu azad, müstəqil şəkildə ifadə edə bilir. Buna görə ya vətəndaşa, ya da onun problemi, və ya şikayətinin dərc olunduğu kütləvi informasiya vasitəsinə heç bir basqı, təzyiq edilmir. Əksinə həmin şikayət, problem operativ şəkildə araşdırılır, onun qısa müddətdə həlli istiqamətində müvafiq dövlət strukturlarına tapşırıq və tövsiyələr verilir. Bu amilin özü fikir, söz, ifadə və məlumat azadlığının təmin olunması, ona yüksək dəyər verilməsi anlamını daşıyır, bu reallığı, gerçəkliyi ortaya qoyur. Ümumiyyətlə, Azərbaycanda bu situasiya uzun illərdir ki, davam edir. Bir qədər də dəqiqləşdirsək müstəqilliyimizin ilk illərindən. Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün demokratik prinsiplər, normalar kimi fikir, söz, ifadə və məlumat azadlığının təmin olunmasını da əsas diqqət mərkəzinə gətirdi. İnsanların öz fikir və yanaşmalarını azad şəkildə ortaya qoyması, onu cəmiyyətə çatdırması üçün müvafiq addımlar atıldı. Heç şübhəsiz ki, bu addımlar birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlı idi. Ümummilli liderin 1998-ci ildə ölkədə senzuranın ləğvi ilə bağlı atmış olduğu addım o dövr üçün bir inqilabi yenilik idi. Nədən ki, hələ müstəqillik əldə edən, bu yolla irəliləyən keçmiş ittifaq ölkələrində senzura hələ də qalırdı. Bu addımı ilk atan Azərbaycan oldu və bununla ölkədə fikir, söz, ifadə və məlumat azadlığına nə qədər önəm verdiyini əyani şəkildə təsdiqlədi. Məhz bundan sonrakı illərdə keçmiş ittifaq ölkələri də Azərbaycanın bu təcrübəsindən yararlanmağa başladı. Ümummilli liderin məlum addımı eyni zamanda bir hüquqi baza rolunu oynamış oldu. Sonrakı illərdə Heydər Əliyevin qeyd edilən istiqamətlərdə atmış olduğu addımlar ölkə mediası üçün sğzün həqiqi mənasında inqilabi dəyişikliklərə səbəb oldu. Artıq Azərbaycan mediası, kütləvi informasiya vasitələri azad, müstəqil şəkildə fəliyyət göstərirdi. Tədricən media, kütləvi informasiya vasitələri üçün yaradılan şərait, imkanlar yeni-yeni müstəqil media qurumlarının yaradılmasına, təsis edilməsinə yol açırdı ki, bu da ölkədə müstəqil medianın formalaşmasına öz müsbət təsirini göstərirdi. Bir sözlə müstəqil mətbu orqanlarının yaradılması Azərbaycanda fikir, söz. ifadə və məlumat azadlığının təminatından xəbər verirdi.

Paralel olaraq plüralizm ənənələri də inkişaf edirdi, bunun üçün münbit şərait yaradılırdı. İstər siyasi, istərsə də dini və mədəni plüralizmin mövcud olduğu artıq açıq şəkildə özünü büruzə verirdi. Ölkədə bir-bririnin ardınca yaradılan onlarla siyasi partiya və ictimai bilriklər Azərbaycanda siyasi plüralizmin təminatından xəbər verirdi. Dövlət nəinki yeni siyasi partiyaların, ictimai birliklərin yaradılmasından, təsis edilməsindən əndişələnir, narahatçılıq keçiriri, əksinə onların sayının çox olmasından yana idi. Bunun üçün hüquqi aspektdə də lazımı addımlar atılır, siyasi partiya və ictimai birliklərin yaradılması istiqamətində sovet dövründən qalan bürokratik əngəllər aradan qaldırılır, onların qeydiyyat proseduru sadələşdirilirdi. Bütün bunlarla kifayətlənməyən Azərbaycan dövləti yeni yaranan siyasi partiya və ictimai birliklərin normal şərtlər altında fəaliyyət göstərməsi üçün də vacib, zəruri addımlar atırdı. Bu addımlar sırasında siyasi partiya və ictimai birliklərin müvafiq ofislə təmin edilməsini qeyd etmək yerinə düşər. Belə ki, siyasi partiya və ictimai birliklərin nomal şərtlər altında fəaliyyət göstərməsi, onların öz tərəfdarları ilə görüşlər, toplantılar keçirməsi üçün şəhərin müəyyən yerlərində müvafiq ofislər, qərargahlar ayrılırdı. Özü də bu proses təkcə paytaxtla kifayətlənmirdi. Eyni zamanda da yerlərdə də siyasi partiya və ictimai birliklərin qərargahla, ofislə təmin edilməsi diqqət mərkəzində saxlanılırdı. Təbii ki, bütün bu amillər Azərbaycanda siyasi plüralizmin ən yüksək səviyyədə təmin olunduğundan xəbər verirdi. Və bu müsbət tendensiya beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilirdi.

Siyasi plüralizmlə yanaşı ölkədə dini plüralizm də qorunur, təmin edilirdi. Təsadüfi deyil ki, ümummilli lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə yaşayan, fəaliyyət göstərən digər dinlərin nümayəndələrinə də həssaslıqla, diqqət və qayğı ilə yanaşırdı. Sovet dövründən baxımsız vəziyyətdə qalan məscidlər, digər ibadət məkanları ilə yanaşı kilsələr də təmir edilir, ölkəmizdə bizimlə bərabər şəkildə yaşayan, lakin fərqli dinlərə sitayiş edənlərin ixtiyarına verilirdi. Ümummilli liderin Azərbaycanda yaşayan digər dinlərin nümayəndələrini onların dini bayramlarınada təbrik etməsi də artıq ənənən halını almışdı. Bu da istər-istəməz Azərbaycanda dini plüralizmin mövcud olduğundan, onun ən yüksək səviyyədə təmin edildiyindən xəbər verirdi. Bunun ən bariz nümunəsini isə mərhum Roma Papası II İohan Pavelin Azərbaycana səfər etməsində göstərmək olar. Bu birmənalıdır ki, Roma Papası bir qayda olaraq dini cəhətdən tolerant olan, dini plüralizmi özünün həyat tərzinə çevriən ölkələrə səfər edir. Bu mənada Roma Papası II İohan Pavelin Azərbaycana səfər etməsi və ümummilli lider Heydər Əliyevlə görüşməsi dünyaya Azərbaycanın nə dərəcədə tolerant bir ölkə, dini plüralizmə nə qədər önəm verən dövlət, bu ənənələri özündə yaşadan respublika olduğunu aydın şəkildə ortaya qoyurdu. Həmçinin dünyaya Azərbaycanın to0lerantlığını, pülralizmini açıq şəkildə göstərirdi.

Müsbət tendensiya ondan ibarətdir ki. günümüzdə də ümummilli lider Heydər Əliyevin zamanında ortaya qoyduğu iradə, həyata keçirdiyi siyasət uğurla davam etdirilir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Cənab Prezident İlham Əliyev Heydər Əliyev siyasi xəttinə sadiq qalaraq həm ölkədə fikir, söz, ifadə və məlumat azadlığının təmin edilməsi istiqamətində davamlı addımlar atır, ölkə KİV-lərinə diqqət və qayğı ilə yanaşır, müstəqil medianın inkişafı üçün əlindən gələni əsirgəmir, həm də plüralizm ənənələrini inkişaf etdirir. Bütün bu amillər isə beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına təsir göstərir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31