Nazir tapşırıq verdi: nöqsana yol vermiş əməkdaşlar intizam məsuliyyətinə cəlb ediləcək
Vergilər Nazirliyinin kollegiya iclasında vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması vəziyyəti geniş müzakirə edilib. Bildirilib ki, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onlara vaxtında və obyektiv baxılaraq cavablandırılması ilə bağlı məsələlər həmişə Vergilər Nazirliyinin diqqət mərkəzində saxlanılır, hər ay vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti haqqında vergilər nazirinə müvafiq hesabat təqdim edilir.
6 Noyabr 2017 15:51 SosialVergilər Nazirliyinin kollegiya iclasında vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması vəziyyəti geniş müzakirə edilib. Bildirilib ki, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onlara vaxtında və obyektiv baxılaraq cavablandırılması ilə bağlı məsələlər həmişə Vergilər Nazirliyinin diqqət mərkəzində saxlanılır, hər ay vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti haqqında vergilər nazirinə müvafiq hesabat təqdim edilir. Lakin bütün bunlara baxmayaraq, vətəndaşların qəbulu, eləcə də aparılan monitorinq və təhlillər zamanı vətəndaş müraciətlərinə baxılmasında hələ də nöqsanlara yol verilməsi ilə bağlı çoxsaylı suallar meydana çıxır. Bəzi hallarda vergi orqanları tərəfindən müraciətlərin dərindən və hərtərəfli araşdırılmaması səbəbindən vətəndaşlar yuxarı dövlət instansiyalarına üz tutmalı olurlar. Nazir Fazil Məmmədov xüsusilə vergi məsələləri ilə bağlı Azərbaycan Prezidentinə və Birinci Vitse-Prezidentə ünvanlanmış və aidiyyəti üzrə baxılmaq üçün Vergilər Nazirliyinə daxil olmuş vətəndaş müraciətlərinə baxılmasına ciddi nəzarət edilməsinin vacibliyini diqqətə çatdıraraq, bu məqsədlə bir neçə gün öncə ayrıca əmr imzalandığını bildirib. Həmin əmrə əsasən, müraciətlərin hərtərəfli araşdırılmasını təmin etmək, habelə vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi məqsədilə nazirliyin aparatında müraciətlər müsbət həllini tapmadıqda ərizəçilər və ya onların səlahiyyətli nümayəndələri vergilər nazirinin birinci müavini və ya müvafiq sahəni kurasiya edən nazir müavinləri tərəfindən qəbul edilməli, qaldırılan məsələlər bir daha araşdırılmalı və yalnız bundan sonra ərizəçilərə onların müraciətlərinə baxılmasının nəticələri barədə cavab verilməlidir. Vergilər naziri aidiyyatı strukturlara sözügedən əmrdən irəli gələn məsələlərə ciddi əməl etməyi tapşırıb. F.Məmmədov vətəndaş müraciətlərinin araşdırılması zamanı nöqsana yol vermiş vergi orqanı əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı Daxili təhlükəsizlik departamenti, nöqsanların yaranmasına səbəb olan halların aradan qaldırılması ilə bağlı isə nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin rəhbərlərinə konkret tapşırıqlar verib.