“Azərbaycan heç vaxt buna imkan verməz”

“Ermənistan vaxtilə Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə böyük şübhəylə yanaşırdı. Ermənilər hesab edirdi ki, bu layihə heç vaxt reallaşa bilməz. Onlar çox mürəkkəb problemlərin olduğunu və bu problemləri həll etməyin elə də asan olmadığını iddia edirdilər. Lakin bu layihə gerçəkləşdi”.

"Ermənistan vaxtilə Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə böyük şübhəylə yanaşırdı. Ermənilər hesab edirdi ki, bu layihə heç vaxt reallaşa bilməz. Onlar çox mürəkkəb problemlərin olduğunu və bu problemləri həll etməyin elə də asan olmadığını iddia edirdilər. Lakin bu layihə gerçəkləşdi".

Bu fikirləri  politoloq Fikrət Sadıqov deyib. Politoloq qeyd edib ki, ermənilər indi də yeni mərhələyə başlayıb. Ermənilər BTQ vasitəsilə yük, sərnişin daşımalı olduqlarını deyirlər. Politoloqun fikrincə, bu cəfəngiyyatdır: "Ermənistan heç vaxt BTQ-ya qoşula bilməz, Azərbaycan heç vaxt buna imkan verməz. Ermənistan təcrid vəziyyətində qalmalıdır, çünki təcavüzkar ölkədir". F. Sadıqov əlavə edib ki, biz heç vaxt razı olmarıq ki, təşəbbüskarı olduğumuz layihəyə Ermənistan da qoşulsun. Politoloq deyib ki, Ermənistan tərəfindən səsləndirilən bəyanatlar söz-söhbət səviyyəsindədir: "Ermənistanda iqtisadi vəziyyət ağırdır və çıxış yolu axtarırlar. Onların yeganə çıxış yolu İrandır. Təbii ki, Ermənistan BTQ-yə qoşulmağı çox istərdi, amma biz buna imkan vermərik". Politoloq vurğulayıb ki, Ermənistanla diplomatik münasibətləri olmayan və sərhədlərini bağlayan Türkiyə də buna imkan verməzdi.  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31