UNEC Gənc Müəllimlər Şurası yaradılıb

UNEC rektoru, professor Ədalət Muradov gənc müəllimlərlə görüşüb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrini səsləndirdiyi mühüm nitqi nümayiş etdirilib. Görüşdə UNEC-də həyata keçirilən “Gənc professorlar” və “Gənc müəllimlər” layihəsinin əhəmiyyəti vurğulanıb.

UNEC rektoru, professor Ədalət Muradov gənc müəllimlərlə görüşüb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, görüşdə Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrini səsləndirdiyi mühüm nitqi nümayiş etdirilib. Görüşdə UNEC-də həyata keçirilən "Gənc professorlar" və "Gənc müəllimlər" layihəsinin əhəmiyyəti vurğulanıb. Differensial Əməkhaqqı Sisteminə əsasən tərtib edilən müəllimlərin reytinq cədvəlində gənc müəllimlərin ön sıralarda yer almasının qürurverici olduğu diqqətə çatdırılıb. Gənc müəllimlər pedaqoji və tədqiqatçı bacarıqlarının daha da təkmilləşməsi məqsədi ilə mütəmadi həyata keçirilən yay və qış məktəblərinin üstünlüklərindən danışıblar. Pedaqoji heyət arasında kommunukasiyanın tam təkmilləşdirilməsinin zəruriliyini vurğulayan gənc müəllimlər təkliflərlə çıxış ediblər. Onlar gənc müəllimlərin potensialını daha da artırmaq və səmərəli istifadə etmək məqsədilə UNEC Gənc Müəllimlər Şurasının yaradılması qərarına gəliblər. Təklif müsbət qiymətləndirilib. Bildirilib ki, şuranın fəaliyyətə başlaması gənc müəllimlərin təşəbbüskarlığına təkan verməklə yanaşı, onların idarəetmə prosesində də fəal iştiraklarına zəmin yaradacaq.

UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev Şuranın sədri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31