“Ekran və efirdə ədəbi dil normaları” layihəsi Gəncə və Tovuzda

Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi davam edir. Olaylar.az bildirir ki, AMEA - nın Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlərin iştirakı ilə keçirilən mühazirələr və təlimlər dinləyicilərin böyük marağına səbəb olub. AMEA-nın Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva Gəncənin “Kəpəz ARB” Müstəqil Teleradio Şirkətində olub. Alim bu dəfə “Telekanallarda üslub xətalarının aradan qaldırılması” mövzusunda çıxış edib. İnstitutun Monitorinq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qazıyeva “Terminlər, neologizmlər, xüsusi adlar və abbreviaturalardan efirdə şifahi və yazılı formada istifadə qaydaları” mövzusunda danışıb. Alimlər televiziya işçilərinə ekran və efirdə ədəbi dil normalarının qorunması ilə bağlı lazımı materiallar təqdim ediblər.

Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən "Ekran və efirdə ədəbi dil normaları" layihəsi davam edir. Olaylar.az bildirir ki, AMEA - nın Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlərin iştirakı ilə keçirilən mühazirələr və təlimlər dinləyicilərin böyük marağına səbəb olub. AMEA-nın Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva Gəncənin "Kəpəz ARB" Müstəqil Teleradio Şirkətində olub. Alim bu dəfə "Telekanallarda üslub xətalarının aradan qaldırılması" mövzusunda çıxış edib. İnstitutun Monitorinq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qazıyeva "Terminlər, neologizmlər, xüsusi adlar və abbreviaturalardan efirdə şifahi və yazılı formada istifadə qaydaları" mövzusunda danışıb. Alimlər televiziya işçilərinə ekran və efirdə ədəbi dil normalarının qorunması ilə bağlı lazımı materiallar təqdim ediblər.

Təlimlər Tovuz rayonunda fəaliyyət göstərən "ARB24 Xəbər" televiziyasında da keçirilib. Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının müdiri, dosent, əməkdar artist Azad Şükürov "Danışıq texnikası" və "Danışıq zamanı orfoepiya qanunlarına əməl olunması problemləri" mövzusunda keçirdiyi təlimlərdə iştirakçılara əyani şəkildə izahlar verərək, onları təcrübi məşqlərə cəlb edib.

Bilik Fondunun təşkilatçılığı ilə Gəncənin M.C.Paşayev adına 39 nömrəli və M.Mehdizadə adına 4 nömrəli tam orta məktəblərində AMEA Dilçilik İnstitutunun təmsilçiləri şagird və müəllim kollektivi ilə "Azərbaycan dilinin saflığının qorunmasında təhsil müəssisələrinin rolu" mövzusunda görüşlər keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31