Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək

Noyabrın 7 – də Beynəlxalq Muğam Mərkəzində əməkdar artist,qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə keçiriləcək. Gecədə Xalq artisti,bəstəkar Tofiq Bakıxanov, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov və Kənan Əsədov çıxış edəcəklər.

Noyabrın 7 - də Beynəlxalq Muğam Mərkəzində əməkdar artist,qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Muğam Mərkəzinin və "Mədəniyyət" kanalının birgə təşkilatçılığı ilə keçiriləcək. Gecədə Xalq artisti,bəstəkar Tofiq Bakıxanov, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov və Kənan Əsədov çıxış edəcəklər.

Konsertdə Xalq artistləri Aftandil İsrafilov, Ənvər Sadıqov, Gülyaz Məmmədova, əməkdar artistlər Nuriyyə Hüseynova,Teyyub Aslanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov, qarmon ifaçıları Aydın Əliyev,Teyyub Teyyuboğlu, klarnet ifaçısı Qulammirzə Mirzəyev musiqi nömrələri təqdim edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31