Azərbaycandan tutulan nəhəng balıq Türkiyədə məşhur oldu: şəkil çəkdirmək üçün növbədir

Azərbaycanda dənizdən tutulmuş nəhəng ton balığı Türkiyədə böyük maraq doğurub. Muş şəhərində bazara çıxarılan 65 kiloqramlıq ton balığı ilə foto çəkdirmək üçün insanlar növbəyə düzülüblər. Balıq satışı ilə məşğul olan Fırat Alaslan onu Azərbaycandan alaraq gətirdiyini deyib. Onun sözlərinə görə, bir gün bazarda nümayiş etdirəndən sonra satışa çıxarmaq niyyətindədir.

F. Alaslan böyük marağa səbəb olan nəhəng balığın kiloqramını 30-35 lirəyə satmaq niyyətindədir. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31