Livanın Baş Naziri Saad Haririnin istefasının pərdəarxası məqamları

Saad Hariri Livanın Baş Nazir vəzifəsindən istefa verir və bu qərarı qəbul etməsinə səbəb kimi İranı və onun Livandakı tərəfdarı Hizbullahı göstərir. Televiziya vasitəsi ilə müraciətində o həyatına qarşı su qəsd hazırlandığını və bu təhlükədən qurtulmaq üçün istefa verdiyini bildirir. Amma təhlükənin və bu qəsdin digər detalları barədə bilgi vermir. Təbii ki, Baş Nazirin bu addımı xüsusən bəyanatın Səudiyyə Ərəbistanında elan erdilməsi ortalığa müəyyən suallar çıxarır. Bu Livanın Yaxın Şərqdə münaqişə bölgəsinə əlavə edilməyə cəhddirmi? İranın bölgədə artan nüfuzunun qarşısının alınmasına yönələn addımdırmı?

Əlimusa İbrahimov: "Livan xalqı hadisələri yetərincə qiymətləndirə bilməsə yeni münaqişə mənbəyinin yaranması qaçılmazdır"

Saad Hariri Livanın Baş Nazir vəzifəsindən istefa verir və bu qərarı qəbul etməsinə səbəb kimi İranı və onun Livandakı tərəfdarı Hizbullahı göstərir. Televiziya vasitəsi ilə müraciətində o həyatına qarşı su qəsd hazırlandığını və bu təhlükədən qurtulmaq üçün istefa verdiyini bildirir. Amma təhlükənin və bu qəsdin digər detalları barədə bilgi vermir. Təbii ki, Baş Nazirin bu addımı xüsusən bəyanatın Səudiyyə Ərəbistanında elan erdilməsi ortalığa müəyyən suallar çıxarır. Bu Livanın Yaxın Şərqdə münaqişə bölgəsinə əlavə edilməyə cəhddirmi? İranın bölgədə artan nüfuzunun qarşısının alınmasına yönələn addımdırmı?
Siyasi Elmlər üzrə Fəlsəfə doktoru, Konfliktoloq Əlimusa İbrahimov deyir ki, keçmiş Baş Nazir çıxışında məsələ ilə bağlı müəyyən ipucları verir: " İran öz silahları vasitəsi ilə Livanda və digər ərəb ölkələrində pozuculuq və itaətsizlik şəraiti yaradır. Onlar ( Hizbullah və İran) Livanda dövlət içində dövlət yaradıblar və ölkənin daxili və xarici işlərinə müdaxilə edirlər." Hariri eyni zamanda İranı hədələmkdən də qalmır: " Mən buradan İrana və onun müttəfiqlərinə səslənirəm- Siz ərəb dünyasının daxili və xarici işlərinə qarışmağı artıq adət etmisiniz. Region bir gün yenidən qalxacaq və sizin uzanmış əllərinizi dibindən kəsəcək". Onun sözlərinə görə, Ərəb və İslam dünyasında insanların iztirablarını artıran hadisələr bir-birini çox sürətlə əvəzləyir. Bölgə sülh və əmin amanlığın nə vaxt gələcəyinin həsrətindədir: "İŞİD başa çatmamışdan, Kürd Referendumu ortaya atılır, İraq vəziyyətə nəzarəti ələ alandan sonra Yəməndə raketlər işə düşür, Lıvan münaqişəyə sürüklənir. Sanki gözəgörünməz və fövqəladə bir qüvvə regionu tətikdə saxlamaq üçün əlifba sırası ilə planlar hazırlayıb. A, B, C, D...... planı. Və bu planlar bir-birinin ardınca işə düşür".
Ə.İbrahimov bildirib ki, Livanın sünni siyasətçisi olan Həriri bir ilə yaxındır ki, Baş Nazir kimi fəaliyyət göstərir. Lakin o 2009-2011-ci illərdə də Baş Nazir olmuşdur. Deməli yetərincə təcrübəsi var və regionu idarə edən qüvvələrin düzülüşündən xəbərdardır. Qüvvələr balnsına uyğun olaraq o 2016-cı ilin dekabrında yenidən hakimiyyətə gəlir və Baş Nazir postunu tutur. Mövcud qaydalara uyğun olaraq orada Prezident vəzifəsini Hizbullah partiyasının tərəfdarı Maykl Aoun yerinə yetirir. Saad Hariri 2005-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilmiş Rafik Haririnin oğludur. Bu faktı şərh edən politoloqlar Haririnin istefasının Livan üçün yaxşı nəticə verməyəcəyini bildirirlər və əsil səbəbi Səudiyyə Ərəbistanı və İran qarşıdurmasında görürlər. Livanın Druz və Proqressiv Sosialist Partiyasının başçısı Valit Cumblattın sözlərinə görə " Livan bu istefadan irəli gələcək iqtisadi və siyasi yükü qaldırmaq üçün çox kiçik ölkədir. Mən Səudiyyə Ərəbistanı və İranı dioloqa çağırmaqda davam edəcəyəm". Konfliktoloq qeyd edir ki, Səudiyyə Ərəbistanı və İran qarşıdurmasının qurbanına çevrilən ərəb ölkələrinin siyahisi artmaqdadır. Suriya, İraq, Yəmən, Qatar və indi də Livan: "Adətən bu və ya digər avtoritar və totalitar rejimlər ölkə daxilində baş verən daxili siyasi münaqişələri-hakimiyyət və ya hakimiyyət səlahiyyətləri uğrunda baş verən münaqişələr-həll etmək, yaxud müvəqqəti sakitləşdirmək üçün xarici ölkələrlə münaqişəyə cəhd edir və ya belə bir fon yaradırlar. Bu gün Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri də Yaxın və Orta Şərqi bürüyən çaxnaşmaların onlardan da yan keçməyəcəyini hiss edib preventiv tədbirlər görməyə cəhd edirlər. İran simasında üsyankar və təcavüzkar bir dövlət obrazı yaratmaqla onlar həm ölkədaxili vəziyyəti stabilləşdirməyə və eyni zamanda xarici təhlükə qarşısında regionun digər dövlətlərini özlərinə tərəf çəkməyə çalışırlar. Amma onlar bu hərəkətlə İranın nüfuzunu daha artırmağa xidmət etdiklərinin fərqində deyillər. Bu Ərəb ölkələri eyni ilə ABŞ kimi hərəkət edərək İrana qarşı addım atdıqca onun nüfuzunun güclənməsinə səbəb olurlar. Suriyada, İraqda , Livanda, Liviyada olduğu kimi.Təbii ki, məsələ ilə bağlı İranın reaksiyası özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyi bu addımın Livanda və regionda gərginliyə səbəb olacağını bildirib. Nazirliyin veb saytında Bahram Qasemi bildirib ki, istefanın İranla əlaqələndirilməsi yeni gərginlik oçağının yaradılmasına istiqamətlənən cəhddən başqa bir şey deyildir. Hadisələr yenə də gərginliyin artırılması istiqamətindfə inkişaf edir. Livan xalqı hadisələri yetərincə qiymətləndirə bilməsə yeni münaqişə mənbəyinin yaranması qaçılmazdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31