"Əməkdaşlığımız iqtisadi inkişafı və təhlükəsizliyi təmin edir"
“İran, Rusiya, Azərbaycan Prezidentlərinin görüşü, üçtərəfli əməkdaşlığı regionda təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək”. Bu sözləri SİA-ya açıqlamasında Eldəniz Səlimov deyib.
6 Noyabr 2017 15:08 İqtisadiyyat"İran, Rusiya, Azərbaycan Prezidentlərinin görüşü, üçtərəfli əməkdaşlığı regionda təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək". Bu sözləri Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, prezidentlərin üçtərəfli görüşü ilk dəfə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda keçirilib: "Bu görüşün regionun təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malik olduğu bir daha özünü göstərdi. İran, Rusiya və Azərbaycan qonşu ölkələr olaraq birgə iqtisadi, siyasi, mədəni münasibətlər qurub və onu inkişaf etdirərək yüksək səviyyəyə gətirib çıxarıblar. Ölkələr arasında iqtisadi infrastruktur əlaqələr genişlənir, ticarət əlaqələrin daha yüksək səviyyəyə çatması üçün səy göstərilir. Hər üç ölkə birlikdə terrorizmə, radikalizmə qarşı mübarizə aparmaqdadılar. Yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti region ölkələri üçün mühüm əhəmiyyət kəsb etməklə bu ölkələrin yüklərinin Avropaya çıxışı üçün böyük əhəmiyyət kəsb edir. Hər üç ölkənin böyük karbohidrogen ehtiyatına malik olduğunu nəzərə alsaq, Azərbaycanın rəhbərliyidə həyata keçirlən neft kəmərlərinin layihələri neft və neft məhsullarının Avropaya ixracına şərait yaradacaq. Azad ticarət zonaları yaradılması məsələsi, hər 3 ölkə üçün ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaq. Bundan sonra da İran, Rusiya, Azərbaycan əlaqələri beynəlxalq səviyyədə daha da inkişaf edərək yüksək qonşuluq münasibətlərinə öz töhfəsini verəcək". Sia.az