Ölkədə niyə vəkil qıtlığı yaşanır?

Ölkədə nümayəndəlik institunun ləğvi bu gəaliyyətlə məğul olan şəxsləri razı salmayıb. Elə bu səbədən də bir neçə hüquqşünaslar təşkilatı, eyni zamanda nümayəndəlik fəaliyyəti göstərən şəxslər oktyabrın 31-də Milli Məclisdə Azərbaycanda nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliyin qəbul olunmasından narahatlıq keçirdiklərini ifadə edərək, Azərbaycan prezidentindən öz müstəsna səlahiyyətindən istifadə edərək qanuna yenidən baxılması barədə göstəriş verməsini xahiş ediblər. Hüquqşünaslar hesab edirlər ki, Azərbaycanda lazımi səviyyədə vəkil korpusunun olmadığı bir şəraitdə nümayəndəlik institutunun ləğvi məhkəmələrdə insanların keyfiyyətli müdafiəsinin təşkil edilməsində deyil, əksinə ciddi narazılığın yaranmasına şərait yaradacaq. Hüquqşünaslar yaranmış vəziyyətlə bağlı öz təkliflərini də veriblər.

İddia sənədlərində vəkillərin payı 15 faizi keçmir
 

Ölkədə nümayəndəlik institunun ləğvi bu gəaliyyətlə məğul olan şəxsləri razı salmayıb. Elə bu səbədən də bir neçə hüquqşünaslar təşkilatı, eyni zamanda nümayəndəlik fəaliyyəti göstərən şəxslər oktyabrın 31-də Milli Məclisdə Azərbaycanda nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliyin qəbul olunmasından narahatlıq keçirdiklərini ifadə edərək, Azərbaycan prezidentindən öz müstəsna səlahiyyətindən istifadə edərək qanuna yenidən baxılması barədə göstəriş verməsini xahiş ediblər. Hüquqşünaslar hesab edirlər ki, Azərbaycanda lazımi səviyyədə vəkil korpusunun olmadığı bir şəraitdə nümayəndəlik institutunun ləğvi məhkəmələrdə insanların keyfiyyətli müdafiəsinin təşkil edilməsində deyil, əksinə ciddi narazılığın yaranmasına şərait yaradacaq. Hüquqşünaslar yaranmış vəziyyətlə bağlı öz təkliflərini də veriblər. Onlar nümayəndəlik institutunun tam aradan qaldırılmasını deyil, bu institutda islahatların aparılması və daha təkmil formada fəaliyyət göstərməsi, həmçinin vətəndaşların keyfiyyətli hüquqlarının müdafiəsinin təşkili ilə əlaqədar olaraq təkliflərini irəli sürüblər. Müraciətdə Azərbaycanda vəkil korpusunun beynəlxalq standartların tələblərinə uyğun şəkildə formalaşdırlması, yəni onların sayının bir neçə minə çatdırılması və bu zaman vəkillik fəaliyyəti ilə bağlı işə qəbul qaydalarınının dəyişdirilməsi, onun sadələşdirilməsi ilə bağlı təkliflər də yer alıb. Hüquqşünaslar indiki vəziyyətdə Azərbaycanda uzun illərdir praktikada fərdi hüquq xidməti göstərən nümayəndələrin üzləşdiyi problemin həllində ölkə başçısından dəstək istəyirlər. Onlar Azərbaycan prezidentinin bu sahədəki öz səlahiyyətindən istifadə edərək nümayəndəlik institutunun təkmilləşdirilməsi, bu sahədə islahatların aparılması, vəkil korpusunun formalaşdırılması ilə bağlı məsələyə yenidən baxılaraq, Azərbaycan reallığı nəzərə alınmaqla həllini xahiş ediblər.
Millət vəkili Zahid Oruc qeyd edib ki, Ali Məhkəmə sədrinin təşəbbüsü ilə parlamentə daxil olan sənəd prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində apardığı genişmiqyaslı islahatların ruhuna və fəlsəfəsinə ziddir. Onun sözlərinə görə, ötən illər ərzində bir tərəfdən, hakim korpusunun formalaşmasında şəffaf mexanizmlərin və mütərəqqi dəyişiliklərin şahidi olmuşuq, o biri yandan qanunvericilik sistemində də köklü yeniliklər edilib: "Xüsusilə də Cinayət Məcəlləsində 300 maddəyə tətbiq olunan yeni yanaşmalar, yəni, dekriminallaşma, sanksiyaların azaldılması və xalq arasında "cəza bilərziyi" kimi xarakterizə olan probasiya mexanizminin irəli sürülməsi hüquq məkanında inqilabi hadisə kimi qəbul olunub. O üzdən vətəndaşların keyfiyyətli müdafiəsinə zərbə vuran və ədalətli mühakiməni aradan qaldıran təşəbbüslər geriyə addım olardı. Parlamentdə müzakirələr zamanı, Ali Məhkəmə adından çıxış edən nümayəndənin bütün insani keyfiyyətlərinə rəğmən arqumentləri inandırıcı görünmədi və tənzimləmə adı ilə əslində nümayəndəlik institutunu ləğv etdikləri ortaya çıxdı. Hətta söyləndi ki, qanun yanvarın 1-də qüvvəyə minəcək, ona qədər ölkədə vəkil korpusunun sayı orta Avropa normasına çatdırılacaq". Millət vəkili əlavə edib ki, Avropa Şurası arealında onlarla sosial-iqtisadi parametrdə öndə olduğumuz halda, əhalinin 100 min nəfərinə düşən vəkil sayına görə çox geri qalırıq: "Min dəfə təəssüflə deyək ki, Ermənistan və Gürcüstan sözügedən göstəricidə bizdən 5-10 dəfə qabaqdadılar. Eyni zamanda, 480 hakimin bir il ərzində 100 mindən artıq mülki, 300 minə qədər əmr icraatına baxdığını nəzərə alsaq, bütövlükdə yarım milyon işə çıxmaları fonunda vətəndaşın hüquqi müdafiəsinin hərtərəfli qurulması işinin təkmilləşdirilməsinin bir nömrəli məsələyə çevrildiyini görə bilərik. Diqqət edin ki, rayon məhkəmlərinin bir ay ərzində baxdıqları 10 minə yaxın mülki işin 95 faizindən yuxarı qurumlara şikayət verilir və həmin iddia sənədlərində vəkillərin payı 15 faizi keçmir. Heç onu demirəm ki, bu aşağı məhkəmə orqanlarına olan inam göstərici kimi dəyərləndirə bilər. Deməli, şəxsin adından bir sıra hərəkətləri yerinə yetirən nümayəndə, daha aztəminatlı adamların hüquq qoruyucusuna çevrilib". O, bildirib ki, əgər onların içərisində qanunsuz fəaliyyət göstərənlər varsa, onları məsuliyyət cəlb etsinlər. "Lakin əsas orqan məhkəmədir. Orada ədalət təmin edilsə, vətəndaşlar onları yanlış yola sürükləyən ünvanlara üz tutmayacaq. Məgər ölkəmizdə yüksək nüfuz qazanmış "Asan xidmət" qurumundan hətta reket mənəviyyatlı adamlar gedib nəsə qanunsuz tələb edirlərmi? Xeyr. Çünki etimad və inam o çevrədə münasibətlərə birbaşa təsir göstərir". Deputat onu da bildiri ki, layihəyə etiraz edənlərə cavab olaraq bildirilir ki, qarşıdakı iki ayda Vəkillər Kollegiyasına qəbul xüsusi bir səviyyəyə çatacaq: "Çox yaxşı, hər kəs bunu arzulayır. Elə isə, gəlin keçid müddəalarına yazaq ki, layihənin tətbiqi yalnız onda mümkün olacaq. Bir nüansı da nəzərə almalıyıq: Avropa Konvensiyasını ratifikasiya etmişik və orada vətəndaş üçün belə qadağa yoxdur. Deməli, insan haqları məhkəməsinə edilən müraciətlər ən azı on dəfə artacaq. Nəticədə siyasiləşmiş müxalif vəkillərin dövlət əleyhinə hərəkatı genişlənəcək və arzuolunmaz xarici təzyiqlər üçün faktlar artacaq". Qanuna dəyişikliyin prezident tərəfindən qəbul edilməyəcəyinə gəlincə isə deputat bildirib ki, bu məsələ ölkə başçısının müstəsna səlahiyyəti altında olan bir işdir: "Ona görə də ölkə başçısının dəyişikliyə imza atıb atmayacağı ilə bağlı xüsusi proqnozumu səsləndirmək istəmirəm. Cənab prezident, Şəkidə məhkəmə binasının açılışı zamanı hüquq sistemində olan problemləri xüsusi vurğuladı. Mən arzulayıram ki, hakimlərin sayı yetərincə artsın. Əgər ölkə rəhbəri təkcə əvf və amnistiya aktları vasitəsilə deyil, eləcə də bilvasitə məhkəmələrin humanizmi və qanunlar əsasında ədalətli bir mühit formalaşdırmağa çalışırsa, hakimiyyət institutları da ona uyğun layihələrlə çıxış etsələr, daha yaxşı olar. Ümid edirəm ki, Ali Məhkəmə bizim tərəfimizdən irəli sürülən arqumentləri dərindən təhlil edəcək və optimal qərar verəcələrk".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31