Alkoqolizmin insana və cəmiyyətə zərərləri

ünümüzdə cəmiyyətin üzləşdiyi prolemlərdən biri də alkoqolizmdir. Hər gün küçədə, mərkəzi meydanlarda onlarla insanla rastlaşırıq ki, onlar məhz alkoqolizmdən əziyyət çəkirlər. Gün ərzində əzab-əziyyətlə qazandıqları pulları gün sonunda araq və ya digər spirtli içkiyə verərək beləcə ömürlərini, həyatlarını yola verirlər.

Əkrəm Həsənov: "Bir insan içkiyə görə ağır xəstəliyə düçar olar və dünyasını dəyişməsinə içki səbəb olarsa intihar etmiş sayılır"

Günümüzdə cəmiyyətin üzləşdiyi prolemlərdən biri də alkoqolizmdir. Hər gün küçədə, mərkəzi meydanlarda onlarla insanla rastlaşırıq ki, onlar məhz alkoqolizmdən əziyyət çəkirlər. Gün ərzində əzab-əziyyətlə qazandıqları pulları gün sonunda araq və ya digər spirtli içkiyə verərək beləcə ömürlərini, həyatlarını yola verirlər. Nəinki həyat. ömür sürür, eyni zamanda hər gün bu dünya ilə bağlılıqlarını bir qədər də azaldırlar. Düşünmədən qəbul etdikləri spirtli içkilər onları tədricən məhvə sürükləyir. Baxmayaraq ki, dinimizdə də spirtli içkinin qəbulu haram sayılır, amma buna rəğmən yüzlərlə, minlərlə insan bu haram məhsuldan istifadə etməyə üstünlük verirlər.İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki, sipirtli içki bir dərd və zəhərdir. Onu qəbul etmək bir çox cismani, əqli və ruhi xəstəliklərə səbəb olur. Belə xəstəliklərdən aşağıdakıları demək olar: "Sərxoşediçi maddə böyrəkləri tələf edir. İçki içən adamların böyrəkləri içməyənlərə nisbətən daha böyük olur. Bu nisbət (6\1 və ya 8\1) kimi ölçülür. Həmçinin içki qanın tərkibində xolestirolun çoxalmasına səbəb olur. Onun həmçinin beyinə və sinir sisteminə göstərdiyi mənfi təsir açıq-aşkar görünür. Onu içən öz hərəkətlərini və danışığını idarə edə bilmir. Kim içkini uzun müddət çox içərsə, onun əzaları öz tarazlığını itirər və bu onun üçün davamlı xəstəliyə çevrilər. Nəticədə tarazlığını və sərbəst nitq qabiliyyətini itirər və s. kimi xəstəliklərə düçar olar. Bəzi tədqiqatlar göstərir ki, Avropa xəstəxanalarında hər üç çarpayıdan birində içkiyə görə xəstəliyə düşənlər yatırlar. Yəni, xəstələrin üçdə bir hissəsi alkaqoldan xəstələniblər. Həmçinin ağlını itirmiş xəstələrin yarısını alkaqoliklər təşkil edir. Kaliforniya universitetinin tibbi elmi araşdırmalar mərkəzinin verdiyi məlumata görə Birləşmiş Ştatların ştatlarında içki (sərxoşedicilər) siqaretdən sonra ikinci qatil sayılır". Əkrəm Həsənov bildirir ki, uyuşdurucu maddələr hər il 100.000. adamın ölümünə səbəb olur. Həmçinin yol qəza hadisələrinin yarısı da içkiyə (sərxoşediciyə) görədir: "Britaniyada çap olunan Lafest jurnalı yazır: "Hər il Britaniyada 200.000. adam sərxoşedicələrdən ölür. Içkidən dəymiş tibbi xəsarətlər hər il 1.000.000. cüneyhə bərabərdir. Ümumiyyətlə sərxoşedicilərdən istifadə zamanı dəyən xəsarətin bir illik zərəri isə 20.000.000. cüneyh miqdarındadır". İlahiyyatçının sözlərinə görə, içkidən ictimaiyyətə və əmin-əmanlığa da ziyanlar dəyir: "Içki, insanın əlindən onu digər canlılardan fərqləndirən ağılı alır. Insan içkini içdikdə onun ağlı qapanır və etdiyi hərəkətlərin qaydasını itirir. Onun nə ağlı, nə də hissiyyatı qalır. Ona görə də içki boşanmalara, ailəyə və uşaqlara əziyyət verməyə əsas olan amillərdəndir. Belə insan özü də bilmədən ailəsini döyər, onlara xətər yetirər. Onun ağlı başında olmadığına görə etdiyi hərəkətlərin fərqinə varmaz. Həmçinin içki müxtəlif cinayətlərin səbəbkarıdır. Bəziləri sərxoş olarkən öz ailəsini və uşaqlarını öldürmək həddinə gəlib çatır. Belə halda hətta özünü də öldürə bilər. Çünki içki onun ağlını əlindən almışdır. Içkili adam öz ailəsini ruhi xəstəliklərə doğru sürükləyir. O, içkili olduğu halda övladlarının onunla davranışları onlara mənfi təsir göstərir. "Safe Food" kitabında deyilir: Britaniyada baş verən cinayətlərin yarısını sərxoşlar edir. Yol qəza hadisələrinin üçdə biri, uşaqlara qarşı zorakılıq hallarının beşdə biri, ev hadisələrində ölənlərin və üçdə biri, yanğınlarda ölənlərin yarı hissəsi içkiyə görə baş verir. Bu lənətlənmiş içki nə qədər bədbəxtçiliklərə səbəb olmuş, nə qədər mal-dövləti tələf etmişdir". Əkrəm Həsənov bildirib ki, içkinin iqtisadi zərərləri də var: "Içkinin iqtisadiyyata da mənfi təsiri vardır. Şərab zavodlarının sahibkarları içkinin satışından faydalansalar da, digər orqanlar: səhiyyə, ümumi və xüsusi yardım mərkəzləri, sığorta şirkətləri, fərdlər və s. hamı bundan zərər çəkir. Onlar, içkinin verdiyi ziyanların qarşısını almaq üçün külli miqdarda pul xərcləyirlər. Həmçinin bu səbəblə zərər çəkənlərə də çox zərər dəyir. Britaniyada nəşr olunan jurnalların birində deyilir: Içkidən dəyən birillik tibbi ziyan 640.000.000. funt-sterlinqə bərabərdir. Ümumən sərxoşedicilərdən dəyən birillik ziyan isə 20.000.000. funt-sterlinqə bərabərdir.Amerikanın təbabəti haqda yazılan kitabların birində deyilir: Sərxoşedicilərdən Səhiyyəyə dəyən illik ziyan 136.000.000. dollardır. Içkiyə görə istehsalın azalması nəticəsində Amerikanın iqtisadiyyatına ildə 71.000.000. dollar zərər dəyir. Bu, murdar içkinin dünya xalqlarına vurduğu ziyandır. Ağıllı insan dərk edir ki, hikmət və elm Sahibi olan Allah içkini öz məxluqatına mərhəmət olaraq haram edib". İlahiyyatçının sözlərinə görə, əgər bir insan içkiyə görə ağır xəstəliyə düçar olar və dünyasını dəyişməsinə içki səbəb olarsa intihar etmiş sayılır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31