Gündəm

Molla Pənah Vaqifin 300 illiyi qeyd olundu

7 Noyabr 2017 18:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına müvafiq olaraq Mədəniyyət və İncəsənət Universitetində Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 300 illiyinə həsr olunmuş “Molla Pənah Vaqifin yaradıcılığı filoloji kontekstdə” adlı tədbir keçirilib. Teatr sənəti fakültəsi tələbələrinin iştirak etdiyi tədbirdə universitetin prorektoru, “Ədəbiyyat və dillər” kafedrasının professoru Gülşən Əliyeva XVIII əsr Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatında tutduğu mühüm mövqeyindən danışıb, onu yüksək bəşəri hisslər, zövqlər və ideyalar şairi kimi xarakterizə edib.

Əfqanıstan Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərir

7 Noyabr 2017 18:11

Noyabrın 7-də iqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən “Olaylar”a veriln məlumata görə, “Azəravtoyol”, “Ərzaq məhsullarının tədarükü və təchizatı” səhmdar cəmiyyətlərinın, Azərbaycanın ixrac assosiasiyaları rəhbərlərinin, 25 iri yerli şirkətin nümayəndəsinin iştirak etdiyi görüşdə nazir Şahin Mustafayev qeyd edib ki, hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Azərbaycan humanitar, hərbi təhsil və tibbi təlimlər, minalardan təmizləmə, mülki treninqlər sahələrində Əfqanıstana dəstək göstərir.

"Azərbaycan çox tolerant ölkədir" - Perunun müvəqqəti işlər vəkili 

7 Noyabr 2017 18:09

Noyabrın 7-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Perunun ölkəmizdəki müvəqqəti işlər vəkili Luis Çanq Boldrinini qəbul edib. Diplomatı universitetdə görməkdən məmnunluğunu bildirən rektor ADU tələbələrinin ispandilli ölkələr barədə məlumatlı olduğunu söyləyib. K.Abdulla qonağa Azərbaycan multikulturalizmi barədə də ətraflı məlumat verib. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyən rektor multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu vurğulayıb.

Bakıda pulsuz "Wi-Fi" şəbəkəsinə daha bir park qoşuldu

7 Noyabr 2017 18:05

“Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini Nərimanov parkınadək (eyniadlı metro stansiyasının yaxınlığında) qədər genişləndirib. Bu barədə  şirkətdən məlumat verilib. Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin paytaxtın daha 3 parkın ərazisində tətbiq olunması nəzərdə tutulur. Bununla da pulsuz "Wi-Fi" xidmətinin əhatə etdiyi parkların sayı 20-ə çatacaq.

Vahid Əziz oxucuları ilə görüşdü

7 Noyabr 2017 18:04

Noyabrın 7-də  Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi, şair Vahid Əzizlə görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə Türkiyə Bakı Böyükelçilik Kültür və Tanıtma müşavirinin müavini Adəm Kələş, Baş İdarənin əməkdaşı Sücayət Piriyeva, Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnarə və Aygün İsgəndərovalar və oxucular iştirak ediblər.

“Azərbaycanın etnik müxtəlifliyi” mövzusunda mühazirə

7 Noyabr 2017 18:01

Noyabrın 7-də Azərbaycan Dillər Universitetinin  Multikulturalizm elmi-tədqiqat laboratoriyasının müdiri İrina Kunina yerli və əcnəbi tələbələrə “Azərbaycanın etnik müxtəlifliyi” adlı mühazirə oxuyub. Multikulturalizm anlayışının dini, irqi və etnik xüsusiyyətlərindən söhbət açan İ.Kunina Azərbaycanda qədim dövrlərdən məskunlaşan milli azlıqlar haqqında təqdimatla çıxış edib.

Gənc Tamaşaçılarda “Hörümçək adam”

7 Noyabr 2017 17:58

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır. Olaylar.az bildirir ki, kollektiv 2018-ci ilin tətil günlərində kiçik yaşlı tamaşaçılar üçün Sten Linin “Hörümçək adam “ tamaşasını hazırlayır.  “ İnanıram ki, digər tamaşalarımız kimi bu tamaşa da bizim kiçik yaşlı tamaşaçılarımızda böyük maraqğa səbəb olacaq. Onlar hər il olduğu kimi bayram ovqatlarına xüsusi rəng qatan ADGTT-dan yüksək əhval ruhiyyə ilə gedəcəklər. Hesab edirəm ki, tamaşa həm uşaqlar həm də böyüklərə gözəl bayram hədiyyəsi olaraq onların sevincinə sevinc qatacaq”- deyə, teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib.

Avronest PA-nın komitə iclasında erməni deputat təxribata əl atıb

7 Noyabr 2017 17:56

Azərbaycan parlament nümayəndə heyəti Avronest PA-nın növbəti sessiyasında iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyevdə səfərdə olub. Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlardan Məlahət İbrahimqızı, Rövşən Rzayev, Ağalar Vəliyev, Rauf Əliyev və Fərəc Quliyev daxil olublar.

Kataloniyanın keçmiş lideri: “İspaniya Avropa qarşısında bir daha utanacaq”

7 Noyabr 2017 17:51

Keçmiş Kataloniya lideri Çarlz Puiqdemont İspaniyanın ittihamlarına qarşı Avropdan kömək istəyib. Hazırda Belçikanın paytaxtı Brüsseldə olan keçmiş lider ölkədən qaçan 4 nazirlə birgə Kataloniya radiosuna açıqlama verib. 

Ekspert: “Kərə yağının qiymətinin düşməsi ən tezi gələn ilin əvvəlində müşahidə edilə bilər”

7 Noyabr 2017 17:48

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. İndiyədək bu dərəcə 15 faiz idi.

Geomaqnit qasırğası başladı - XƏBƏRDARLIQ

7 Noyabr 2017 17:34

Bu gündən Günəşdə geomaqnit qasırğası başlayıb. Kosmik hava hadisəsi noyabrın 11-nə qədər hər gün davam edəcək. Məlumatda qeyd olunub ki, noyabrın 7-si və 8-də başlayacaq qasırğa noyabrın 9-u və 10-da maksimuma çatacaq. Noyabrın 11-də isə nisbətən zəifləyəcək. Geomaqnit prosesi noyabrın 15-də bir daha baş verəcək. Alimlərin fikrincə, geomaqnit qasırğası daha çox xroniki xəstəliklərdən əziyyət çəkən insanlara təsir göstərəcək.

Yol qəzasında 2 nəfər ölüb, 4-ü yaralanıb

7 Noyabr 2017 17:22

Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da saat 10 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindən keçən dəmir yolu xəttinin üzərində Bakı şəhər sakinləri Rəfail Əkbərovun idarə etdiyi “Mercedes” və Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Bəydəmirovun sərnişinlərindən Babaxan Fətullayev və onun azyaşlı oğlu Elcan hadisə yerində ölüblər, özü və digər 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Rusiyadan şok: Nüvə silahı dönəmi bitir

7 Noyabr 2017 17:19

Strateji mühafizə üçün nüvə silahları əvəzinə yeni tip qeyri-nüvə silahları istifadə edilə bilər. Bunu Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov söyləyib.

Yıldırımla ABŞ-ın vitse-prezidenti arasında görüş təxirə salındı

7 Noyabr 2017 17:16

Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşü noyabrın 9-a keçirilib. Bu barədə qərar B.Yıldırım bu gün ABŞ-a səfər etdikdən sonra verilib. Bu gün baş tutmalı olan görüşün təxirə salınmasının səbəbləri barədə məlumat verilməyib.

Cəlilabadda insident: Polis xəbərdarlıq atəşi açdı

7 Noyabr 2017 17:14

Cəlilabad Rayon Polis Şöbəsinin qarşısında insident olub. Rayon sakinləri - 27 yaşlı Anar Əmirov və 26 yaşlı İlkin Qurbanov şöbənin yaxınlığında polis əməkdaşları ilə mübahisə edib.