"Azərbaycan çox tolerant ölkədir" - Perunun müvəqqəti işlər vəkili 

Noyabrın 7-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Perunun ölkəmizdəki müvəqqəti işlər vəkili Luis Çanq Boldrinini qəbul edib. Diplomatı universitetdə görməkdən məmnunluğunu bildirən rektor ADU tələbələrinin ispandilli ölkələr barədə məlumatlı olduğunu söyləyib. K.Abdulla qonağa Azərbaycan multikulturalizmi barədə də ətraflı məlumat verib. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyən rektor multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu vurğulayıb.

Noyabrın 7-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Perunun ölkəmizdəki müvəqqəti işlər vəkili Luis Çanq Boldrinini qəbul edib. Diplomatı universitetdə görməkdən məmnunluğunu bildirən rektor ADU tələbələrinin ispandilli ölkələr barədə məlumatlı olduğunu söyləyib. K.Abdulla qonağa Azərbaycan multikulturalizmi barədə də ətraflı məlumat verib. 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edildiyini deyən rektor multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu vurğulayıb. 

Öz növbəsində Luis Çanq Boldrini bildirib ki, ADU-ya gəlişindən şərəf duyur: "Burada olmaqla göstərmək istəyirəm ki, bu gəlişim universitetlər arasındakı əlaqələrin başlanğıcı olacaq. Gənclik cəmiyyətdə çox böyük əhəmiyyətə malikdir. Ona görə də universitetlərdə tələbələrlə görüşlərin təşkili fərəhvericidir". Azərbaycanla Perunun oxşar cəhətlərə malik olduğunu deyən diplomat bildirib ki, Azərbaycan çox tolerant ölkədir. Onun sözlərinə görə, Azərbaycanda ADU kimi bir ali məktəbin olması da tolerantlıq göstəricisidir.

Müvəqqəti işlər vəkili "Azərbaycan multikulturalizmi" fənninin Peruda tədrisi barədə təklifi böyük maraqla qarşılayıb. O, qeyd edib ki, bu, iki ölkə arasında əlaqələrin daha sıx olmasına gətirib çıxara bilər. Diplomat əlavə edib ki, bu istiqamətdə işlərə tələbə-müəllim mübadiləsi ilə başlamaq mümkündür.

Daha sonra diplomat ADU-nun "Səfir saatı" layihəsi çərçivəsində tələbələrlə görüşüb və ölkəsi barədə təqdimatla çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31