Yol qəzasında 2 nəfər ölüb, 4-ü yaralanıb
Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da saat 10 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindən keçən dəmir yolu xəttinin üzərində Bakı şəhər sakinləri Rəfail Əkbərovun idarə etdiyi “Mercedes” və Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Bəydəmirovun sərnişinlərindən Babaxan Fətullayev və onun azyaşlı oğlu Elcan hadisə yerində ölüblər, özü və digər 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.
7 Noyabr 2017 17:22 KriminalXəzər rayonunun Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 6-da saat 10 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindən keçən dəmir yolu xəttinin üzərində Bakı şəhər sakinləri Rəfail Əkbərovun idarə etdiyi "Mercedes" və Rövşən Bəydəmirovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə R.Bəydəmirovun sərnişinlərindən Babaxan Fətullayev və onun azyaşlı oğlu Elcan hadisə yerində ölüblər, özü və digər 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.