Molla Pənah Vaqifin 300 illiyi qeyd olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına müvafiq olaraq Mədəniyyət və İncəsənət Universitetində Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 300 illiyinə həsr olunmuş “Molla Pənah Vaqifin yaradıcılığı filoloji kontekstdə” adlı tədbir keçirilib. Teatr sənəti fakültəsi tələbələrinin iştirak etdiyi tədbirdə universitetin prorektoru, “Ədəbiyyat və dillər” kafedrasının professoru Gülşən Əliyeva XVIII əsr Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatında tutduğu mühüm mövqeyindən danışıb, onu yüksək bəşəri hisslər, zövqlər və ideyalar şairi kimi xarakterizə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına müvafiq olaraq Mədəniyyət və İncəsənət Universitetində Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 300 illiyinə həsr olunmuş "Molla Pənah Vaqifin yaradıcılığı filoloji kontekstdə" adlı tədbir keçirilib.

Teatr sənəti fakültəsi tələbələrinin iştirak etdiyi tədbirdə universitetin prorektoru, "Ədəbiyyat və dillər" kafedrasının professoru Gülşən Əliyeva XVIII əsr Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatında tutduğu mühüm mövqeyindən danışıb, onu yüksək bəşəri hisslər, zövqlər və ideyalar şairi kimi xarakterizə edib.

Mühazirə zamanı Azərbaycan ədəbiyyatında realizmin banisi sayılan M.P.Vaqifin yaradıcılığında xəlqilik, millilik, sadəlik kimi mühüm cəhətlərin öz əksini tapması və poeziyasında ehtiva olunmuş qоşma, qəzəl, müxəmməs, təcnis, müstəzad, müəşşər və s. şeirlərin xalq yaradıcılığının elementləri üzərində qələmə aldığı vurğulanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31