“Azərbaycanın etnik müxtəlifliyi” mövzusunda mühazirə
Noyabrın 7-də Azərbaycan Dillər Universitetinin Multikulturalizm elmi-tədqiqat laboratoriyasının müdiri İrina Kunina yerli və əcnəbi tələbələrə “Azərbaycanın etnik müxtəlifliyi” adlı mühazirə oxuyub. Multikulturalizm anlayışının dini, irqi və etnik xüsusiyyətlərindən söhbət açan İ.Kunina Azərbaycanda qədim dövrlərdən məskunlaşan milli azlıqlar haqqında təqdimatla çıxış edib.
7 Noyabr 2017 18:01 SosialNoyabrın 7-də Azərbaycan Dillər Universitetinin Multikulturalizm elmi-tədqiqat laboratoriyasının müdiri İrina Kunina yerli və əcnəbi tələbələrə "Azərbaycanın etnik müxtəlifliyi" adlı mühazirə oxuyub. Multikulturalizm anlayışının dini, irqi və etnik xüsusiyyətlərindən söhbət açan İ.Kunina Azərbaycanda qədim dövrlərdən məskunlaşan milli azlıqlar haqqında təqdimatla çıxış edib.
Daha sonra Azərbaycanda məskunlaşan udin, rutul, talış, ingiloy və digər etnik azlıqların həyat tərzləri barədə ətraflı danışan İ.Kunina onların qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını deyib.
Mühazirənin gedişində tələbələrə Azərbaycanın memarlıq abidələri, tarixi məkanları, fərqli etnik mənsubiyyətləri olan insanların həyatı haqqında qısasujetli film də nümayiş olunub.