Gündəm

Gələn il yeni “iPhone” modelləri paslanmayan polad korpus və “OLED” ekranla təchiz ediləcək

7 Noyabr 2017 19:19

“iPhone X” smartfon modelinin satışına noyabrın 3-də başlanılmasına baxmayaraq məşhur proqnozlar müəllifi Minq-Çi Kyo növbəti nəsil “Apple” smartfonlarının görünüşü ilə bağlı müəyyən fikirlər səsləndirib.    

Avropada elektromobillər üçün enerjidoldurma stansiyalar şəbəkəsi yaradılacaq

7 Noyabr 2017 19:14

"BMW Group", "Daimler", "Ford Motor Company" və "Volkswagen Group" (Audi və Porsche törəmə şirkətləri ilə) avtomobil istehsalçıları elektromobillərin enerji ilə doldurulması üçün 2020-ci ilədək Avropada 400 enerjidoldurma stansiyasından istifadə edəcək "Ionity" adlı şəbəkənin yaradılması məqsədilə səyləri birləşdirmək niyyətindədir. 

Bu ilin ən maraqlı qurğuları açıqlanıb

7 Noyabr 2017 19:09

Elektronika sahəsi üzrə mütəxəssislər 2017-ci ilin ən maraqlı və qeyri-adi qurğularını açıqlayıblar. Siyahıya “ağıllı” saat, bilərzik və digər oxşar qurğular daxildir. Qeyri-adi qurğular barədə müzakirələr “International Consumer Electronics Show” tədbiri çərçivəsində aparılıb.

“Epson” virtual kvadrakopter təqdim edib

7 Noyabr 2017 19:04

Yaponiyanın “Epson” şirkəti pilotsuz uçan aparatların idarəetməsində bacarığı artırmağa imkan verən virtual simulyator nümayiş etdirib. Qurğu əlavə reallıq texnologiyası vasitəsilə pultdan istifadə etməklə “DJI’s Mavic Pro” virtual kvadrakopterini idarə etməyə imkan verən “ağıllı” eynəkdən ibarətdir.

Şiə lider əmr verdi: "Kərkükdən çəkilin"

7 Noyabr 2017 19:00

İraqda şiələrin lideri Müqtəda əl Sədr ona aid hərbi qüvvələr sayılan Seraya əs Salamın Kərkükdən çəkilməsi ilə bağlı əmr verib. Şiə lider yayımlanan yazılı açıqlamada deyib: "Səraya əs Səlam mücahidləri Kərkükdəki bürolarını 72 saat müddətində bağlayıb şəhəri tərk etməlidirlər.

Məşhur aktrisanın fotosu bəyənmə rekordu qırıb

7 Noyabr 2017 18:54

“Kavak yelleri” filmi ilə sevilən türkiyəli məşhur aktrisa Pelin Karahanın instaqram hesabındakı paylaşımı rekord sayda bəyənilib. Bedri Güntayla evli olan Karahan oğulları ilə şəklini paylaşıb. Fotoya qısa müddət ərzində 225 mindən çox istifadəçi tərəfindən bəyənmə gəlib.

Kəndli qadın 4 qolbağını satıb, necə milyonçu oldu?

7 Noyabr 2017 18:50

Türkiyənin Antalya şəhərində həyat yoldaşına dəstək olmaq üçün 4 qolbağını satıb heyvandarlıq işinə girişən 38 yaşlı Fatma Öncel hazırda 1 milyonluq sərvətin sahibidir. 1 inəklə heyvandarlıq işinə başlayan Öncelin indi 130 inəyi, 250 toyuğu, 107 keçisi və 3 ədəd atı var.

Avtomobil vuran piyada xəstəxanada ölüb

7 Noyabr 2017 18:47

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış paytaxt sakini dünyasını dəyişib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 5-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində paytaxt sakini Həsən Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Zərifə Hüseynovanı və Rəhilə Məcidovanı vurub. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, R.Məcidovaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Z.Hüseynova isə noyabrın 6-da orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Çantadan pul aparan saxlanıb

7 Noyabr 2017 18:43

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da saat 9 radələrində Qazax-Bakı sərnişin avtobusunda Göygöl rayon sakini Rabilə Hüseynovanın çantasından 13 manat və 500 rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cabbar Məmmədov Göygöl RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Avtomobilin təkərlərində pirotexniki vasitələr tapıldı

7 Noyabr 2017 18:38

Avtomobilin hərəkətdə olan təkərlərinə yerləşdirilmiş pirotexniki vasitələr aşkar edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Gürcüstan vətəndaşının idarə etdiyi “Mersedes Benz 300D” markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin təkərlərindəki şinlərin içərisindən gömrük nəzarətindən gizlədilən 3840 ədəd “SFA-100 M50” markalı pirotexniki vasitələr aşkar edilib.

Evdən 30 min manatlıq qızıl aparan gənc ələ keçib

7 Noyabr 2017 18:33

Bakıda evlərə qənim kəsilən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evlərin birindən 30000 manat dəyərində qızıl əşyalar və 8000 manat dəyərində “Vertu” markalı mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə tutulub.

Piyadanı vurub qaçan sürücü saxlanıb

7 Noyabr 2017 18:30

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Amil Rüstəmli vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Quba rayonunun Alpan icmasında xalçaçılıq müəssisəsi istifadəyə verilib

7 Noyabr 2017 18:20

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Quba rayonunun Alpan icmasında inşa edilən xalçaçılıq müəssisəsi fəaliyyətə başlayıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı Səfirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələri iştirak edib.

Rusiya Dövlət Dumasının deputatları Azərbaycana gələcək

7 Noyabr 2017 18:16

Rusiya Dövlət Dumasının nümayəndə heyəti ilin sonunadək Azərbaycana səfər edəcək.

BMT: 17 yaşına çatmamış 300 mindən çox uşaq hərbi birləşmələrə cəlb olunub

7 Noyabr 2017 18:14

BMT-nin 2017-ci ildə dünyada uşaqların inkişafı ilə bağlı hesabatı dərc olunub. Hesabata göstərilir ki, müxtəlif münaqişələr və silahlı toqquşmalar nəticəsində 300 mindən çox 17 yaşına çatmamış uşaq hərbi birləşmələrə cəlb olunub.