Avtomobil vuran piyada xəstəxanada ölüb

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış paytaxt sakini dünyasını dəyişib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 5-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində paytaxt sakini Həsən Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Zərifə Hüseynovanı və Rəhilə Məcidovanı vurub. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, R.Məcidovaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Z.Hüseynova isə noyabrın 6-da orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış paytaxt sakini dünyasını dəyişib. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 5-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində paytaxt sakini Həsən Cəfərov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerliləri Zərifə Hüseynovanı və Rəhilə Məcidovanı vurub. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, R.Məcidovaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Z.Hüseynova isə noyabrın 6-da orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31