“Epson” virtual kvadrakopter təqdim edib
Yaponiyanın “Epson” şirkəti pilotsuz uçan aparatların idarəetməsində bacarığı artırmağa imkan verən virtual simulyator nümayiş etdirib. Qurğu əlavə reallıq texnologiyası vasitəsilə pultdan istifadə etməklə “DJI’s Mavic Pro” virtual kvadrakopterini idarə etməyə imkan verən “ağıllı” eynəkdən ibarətdir.
7 Noyabr 2017 19:04 DünyaYaponiyanın "Epson" şirkəti pilotsuz uçan aparatların idarəetməsində bacarığı artırmağa imkan verən virtual simulyator nümayiş etdirib. Qurğu əlavə reallıq texnologiyası vasitəsilə pultdan istifadə etməklə "DJI's Mavic Pro" virtual kvadrakopterini idarə etməyə imkan verən "ağıllı" eynəkdən ibarətdir.
Məlumata görə, virtual uçan aparatın hərəkəti prototip modelin real parametrləri ilə tam uyğunluq təşkil edir. Proqram həm sərbəst uçuş rejimi, həm də müxtəlif mürəkkəb tapşırıqların yerinə yetirilməsinə yönələn mini-oyunlar təklif edir. "ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən xəbər verir.