Gündəm

Prezident Maradona ilə futbol oynadı 

8 Noyabr 2017 09:05

Venesuela prezidenti Nikolas Maduro Karakasda səfərdə olan əfsanəvi argentinalı futbolçu Dieqo Maradona ilə birgə uşaqlar üçün keçirilən ustad dərsində iştirak edib. Tədbirin sonunda dövlət başçısı Venesuelanın sabiq prezidenti Uqo Çavesin Maradona ilə çəkdirdiyi fotonu və Venesuela yığmasının “10” nömrəli maykasını keçmiş futbolçuya hədiyyə edib.

Cəlilabadda insident: Polis atəş açdı

7 Noyabr 2017 21:57

Cəlilabad Rayon Polis Şöbəsinin qarşısında insident olub. Rayon sakinləri – 27 yaşlı Anar Əmirov və 26 yaşlı İlkin Qurbanov şöbənin yaxınlığında polis əməkdaşları ilə mübahisə edib.

Mikroavtobusda meyit tapıldı

7 Noyabr 2017 21:55

Daha bir parkda pulsuz “Wi-fi” 

7 Noyabr 2017 21:52

“Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini Nərimanov parkınadək (eyniadlı metro stansiyasının yaxınlığında) qədər genişləndirib. Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin paytaxtın daha 3 parkın ərazisində tətbiq olunması nəzərdə tutulur. Bununla da pulsuz “Wi-Fi” xidmətinin əhatə etdiyi parkların sayı 20-ə çatacaq.

Azərbaycanda ekoloji təmiz yaşayış massivləri tikiləcək

7 Noyabr 2017 21:50

Azərbaycanda mənzil fondunun inkişafı, əhalinin gəlirlərindən asılı olmayaraq mənzil əldə edilməsi üçün şəraitin yaradılması məqsədilə 2018-2021-ci illərdə bir sıra tədbirlər həyata keçiriləcək. Bu barədə məsələ 2018-ci ilin dövlət büdcəsinin zərfində nəzərdə tutulur.

Filmə həyat verən düha

7 Noyabr 2017 21:47

Hər bir istedada, sənətkara onun yaşadığı, böyüdüyü mühitin çox böyük təsiri olur. Emin Sabitoğlu elə bir bəstəkardır ki, onun həyatı daim ədəbiyyat adamlarının, musiqiçilərin əhatəsində keçmişdir. Atasının sayəsində bir çox şair və yazıçıları daha uşaq yaşda tanımış, onların yaradıcılıqlarını o yaşlardan dərk etməyə başlamışdır. Bu təbii ki, gələcəkdə onun da yaradıcılığına öz müsbət təsirini göstərmişdir. Gözəl musiqi duyumuna və qabiliyyətinə malik bəstəkar Emin Sabitoğlu Azərbaycan kinofilminə böyük töhfələr vermiş, onu hər cəhətdən zənginləşdirmişdir. Film çox gözəl olsa da, mənim fikrimcə, musiqisiz heç nədir. Deməli, Emin bəy kinofilmə musiqi bəstələyərkən onu sadəcə zənginləşdirmir, həmçinin onun bir çox çatışmayan cəhətlərini tamamlayır.

Gülben Ergen HƏBS EDİLƏCƏK?

7 Noyabr 2017 21:44

Evli olarkən həyat yoldaşı Erhan Çeliki aldatması iddiaları ilə məhkəməlik olan Gülben Ergenin həbs edilməsi tələb olunub. Bir neçə gün öncə məhkəmə G.Ergen haqqında E.Çeliki “təhqir etməmək, aşağılayıcı söz deməmək və ən az 50 metr məsafədən yaxınlaşmamaq” qərarı verib.

Mustafa arvadının keçmiş sevgilisi ilə şəkil çəkdirdi

7 Noyabr 2017 20:06

Ötən gün həyat yoldaşı Selin İmerlə toya gedən müğənni Mustafa Ceceli arvadının keçmiş sevgilisi ilə şəkil çəkdirib.  İfaçı Selinin keçmişdə münasibətdə olduğu Alican Ulusoyla fotokamera qarşısına keçərək hər kəsi təəccübləndirib. Sosial şəbəkədə bu hərəkətinə görə Mustafaya sərt fikirlər səsləndirilib.

İbrahim Erkalın ölümü ilə bağlı məhkəmə qərarı verildi

7 Noyabr 2017 19:55

30 gün reanimasiyada qaldıqdan sonra mayın 11-də dünyasını dəyişmiş türkiyəli sənətçi İbrahim Erkalın ölümü ilə bağlı məhkəmə qərarı açıqlanıb.

Tarkana Azərbaycandan 1,5 milyon dollarlıq TƏKLİF

7 Noyabr 2017 19:49

Türkiyəli müğənni Tarkana Bakıdan yeni konsert təklifi gəlib.  Bu il "10" albomu, konsertləri və reklam müqavilələri ilə 50 milyon lirə (təxminən 25 milyon manat) qazanan sənətçi Yeni il üçün təkliflər almağa başlayıb. Belə ki, "Meqastar"a Kiprdəki bir oteldən 3 milyon lirəlik (təxminən 1,5 milyon manat), Azərbaycandan isə 1,5 milyon dollarlıq təklif gəlib.  Yeni illə bağlı Bakıdakı təşkilatçılıq şirkətlərindən birindən təklif alan Tarkanın cavabının nə olduğu hələ bəlli deyil.

Həbs olunan şahzadə iki günə 1 milyard dollar itirdi

7 Noyabr 2017 19:43

Səudiyyə şahzadəsi Bin Əl-Valid Talal korrupsiyada şübhəli bilinərək tutulandan sonra iki gün ərzində 1 milyard dollardan çox itki ilə üzləşib.

Kişilər rahat hamilə qala biləcək – ALİM RƏYİ

7 Noyabr 2017 19:39

ABŞ reproduktiv tibb cəmiyyətinin istefada olan prezidenti Riçard Polson kişilərin müstəqil şəkildə uşaq dünyaya gətirə biləcəkləri vaxtı açıqlayıb. “Bəzi çətinliklər var, amma mən burada bu proseduru qeyri-mümkün edən ciddi problemlər görmürəm”, - deyə alim San-Antonio şəhərində cəmiyyətin illik konfransında bildirib. “Kişinin doğması üçün ona uşaqlığın yerini dəyişdirmək və hormonal terapiya kursu keçmək kifayətdir”, - Polson qeyd edir.

Yaponiyada EDAM

7 Noyabr 2017 19:33

Yaponiyada 70 yaşlı qadın edam edilib. Olaylar.az bildirir ki,  Kyoto rayon məhkəməsi Chisako Kakehi 2007-2013-cü illərdə həyat yoldaşını və iki sevgilisini öldürməkdə ittiham edir.

“NASA” asteroidlərlə mübarizə aparacaq

7 Noyabr 2017 19:30

ABŞ Kosmik Agentliyində (NASA) vəzifəsi kosmik məkanın monitorinqi və xüsusi təhlükəli göy cisimlərinin müşahidəsi olacaq beynəlxalq tədqiqat qrupu yaradılıb. İlk formal təlimlər artıq keçirilib.

Dünyanın ən varlı adamından uğura dair nəsihətlər

7 Noyabr 2017 19:25

Bu il “Dünyanın ən zəngin adamı” seçilən “Amazon.Com”un təsisçisi və icraçı direktoru Cef Bezosun uğur qazanmağın yollarından danışıb. Əgər varlanmaq istəyirsinizsə, məşhur iş adamının məsləhətlərini oxumağa dəyər.