Gündəm
Mosul kitabxanalarına kitablar göndəriləcək
İraq Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi Enas Abdul Kadhim Mohammed Al-Khazraji AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova ilə görüşüb. Olaylar.az bildirir ki, görüş zamanı diplomat İraqın Mosul şəhərinin İŞİD terror təşkilatı tərəfindən dağıdılmasından, o cümlədən 2014-cü ildə buradakı ən böyük kitabxanaların yandırılmasından söz açıb. Mosul Universiteti Kitabxanasının, Ninəva Milli Muzeyi kitabxanasının, Ninəva Yerli Admnistrasiyası Milli Kitabxanasının yandırıldığını deyən üçüncü katib işğaldan azad olunmuş Mosul şəhərindəki kitabxanalara kitablar topladıqlarını açıqlayıb. Onun sözlərinə görə kitab toplanılması prosesi İraq Respublikası Nümayəndələr Palatası Mədəniyyət və Mətbuat Komitəsinin qərarı ilə başlayıb. E.Al-Khazraji həm ölkə daxilindən, həm də səfirliklər vasitəsilə xarici ölkələrdən kitablar topladıqlarını söyləyib.
Yaqub Mahmudov: “Türk xalqlarının vətəni Avrasiya məkanıdır”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin professoru Əli Kafkasyalının “Bolşevik çevrilişi illərində işğal güclərinə qarşı məhəlli milislərin mücadiləsi və Məhəmməd Bayramoğlu Şıxlı” və institutun “Azərbaycanın qədim tarixi” şöbəsinin müdiri Allahverdi Əlimirzəyevin “Turukkuların etno-siyasi tarixindən” mövzusunda məruzələri dinlənilib.
Lavrov ABŞ-a xəbərdarlıq etdi: “Təhdid və təhqirlərin...”
“Koreya yarımadası ətrafında yaranan böhran üzrə qarşılıqlı təhdidlər yaxşı heç nəyə gətirib çıxarmayacaq”. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
Şimali Koreyada nüvə sınaqlarının DƏHŞƏTLİ NƏTİCƏLƏRİ
Şimali Koreyada nüvə sınaqları keçirildikdən bir müddət sonra ölkədə müxtəlif patalogiyaları olan uşaqlar dünyaya gəlib. Bu barədə Cənubi Koreyanın “Chosun Ilbo” qəzetinə müsahibə verən şimali koreyalı qaçqınlar deyib. Onlar Şimali Koreyada yaşayan qohumlarının xəstəxanalarda mutasiyaya uğramış uşaqlarının doğulmasına şahid olduqlarını deyib.
Tramp Şimali Koreyaya: Səbrimizi daşırmayın!
ABŞ prezidenti Donald Tramp Cənubi Koreya parlamentində çıxışı zamanı bəyan edib ki, bütün ölkələr Şimali Koreyanı təcrid etmək üçün səylərini birləşdirməlidir. Məlumata görə, amerikalı liderin çıxışını "CNN" telekanalı yayımlayıb.
ABŞ sovet rejiminin qurban verdiyi insanların SAYINI AÇIQLADI - İNANILMAZ RƏQƏMLƏR
ABŞ-ın prezident administrasiyası Rusiyada "bolşeviklərin inqilabı" ildönümünündə kommunizm qurbanlarının sayını açıqladı. Ağ evdə iddia edirlər ki, Rusiyada Oktyabr inqilabından bu günədək - 100 il ərzində 100 milyondan çox insan "totalitar kommunist rejimləri"nin qurbanı olub. "Bolşevik inqilabı Sovet İttifaqını öz zülmkar kommunizminin cənginə saldı. Azadlıqla, çiçəklənmə ilə və insan həyatının üstünlüklərilə uyuşmaz siyasi fəlsəfə yaratdı.
Avropanın mərkəzində kürd dilli televiziyaya POLİS BASQINI
İsveçin paytaxtı Stokholmda yerləşən və kürd dilində yayım edən “Aryen TV” televiziya kanalına polis basqını həyata keçirilib. Kanal sənədlərdə saxtakarlıq və çirkli pulları yumaqda günahlandırılıb. İttihamlardan dolayı 1 nəfər həbs edilib. Sözügedən kanal daha öncə terror təxribatları etdiyi iddiası ilə yayımı dayandırılan “Novruz TV” tərəfindən qurulub.
İran terrorçulara raket satır: ABŞ-dan İDDİA
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi təmsilçisi Nikki Hali İranı Yəməndəki Husi təşkilatını raketlə təmin etməkdə ittiham edib. Təmsilçi bununla İranın BMT Təhlükəsizlik Şurasının qərarlarını pozduğunu deyib. O, məsələ barədə yazılı açıqlama verib. Açıqlamada bildirilir ki, Səudiyyə Ərəbistanının paylaşdığı bilgilər, Husilərin bu ölkəyə atdığı raketlərin daha öncə Yəməndə görülmədiyini və İrana aid olduğunu göstərir.
Güclü maqnit qasırğası gəlir - HAZIR OLUN!
Günəş küləklərini və Günəşin maqnit sahəsini müşahidə edən mütəxəssislər güman edirlər ki, Yer kürəsini bu həftənin ortasından etibarən maqnit qasırğasının pik həddi gözləyir.
Ermənilər 130 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.
Ronaldoya yeni təklif
Braziliya yığmasının sabiq futbolçusu Ronaldo "Korintians"a qayıda bilər. "Fenomen"in bu klubun direktoru vəzifəsinə gətirilmək variantı yaranıb. Bu barədə "Korintians"ın prezident postuna namizədlərdən olan Andres Sançes məlumat verib. O bildirib ki, seçkilərdə qalib gəlsə, Ronaldoya klubun direktoru vəzifəsində çalışmağı təklif edəcək: "Mən qalib gəlsəm, Ronaldo "Korintians"ın direktorları sırasında yer alacaq. O, səlahiyyətli insandı və həmişə bu kluba yaxın olub".
Avroviziya-2018”in loqotipi təqdim edildi
2017-ci ilin “Qızıl ayağ”ı bəlli oldu
“Portu”nun qapıçısı İker Kasilyas “Qızıl ayaq” mükafatına layiq görülüb. Publika.az xəbər verir ki, sözügedən mükafat yaşı 28-i keçmiş uğurlu karyeraya malik futbolçulara verilir. 36 yaşlı qapıçı digər namizədlər – Kristiano Ronaldo, Lionel Messi, Tyaqo Silva, Andrea Pirlo, Manuel Noyer, Serxio Ramos, Aryen Robben, Luis Suarez və Yaya Tureni qabaqlayıb.














.jpg)