Ronaldoya yeni təklif

Braziliya yığmasının sabiq futbolçusu Ronaldo "Korintians"a qayıda bilər.  "Fenomen"in bu klubun direktoru vəzifəsinə gətirilmək variantı yaranıb. Bu barədə "Korintians"ın prezident postuna namizədlərdən olan Andres Sançes məlumat verib. O bildirib ki, seçkilərdə qalib gəlsə, Ronaldoya klubun direktoru vəzifəsində çalışmağı təklif edəcək: "Mən qalib gəlsəm, Ronaldo "Korintians"ın direktorları sırasında yer alacaq. O, səlahiyyətli insandı və həmişə bu kluba yaxın olub".

Qeyd edək ki, Ronaldo 2008-2011-ci illərdə "Korintians"ın formasını geyinib. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31