Lavrov ABŞ-a xəbərdarlıq etdi: “Təhdid və təhqirlərin...”

“Koreya yarımadası ətrafında yaranan böhran üzrə qarşılıqlı təhdidlər yaxşı heç nəyə gətirib çıxarmayacaq”. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

"Koreya yarımadası ətrafında yaranan böhran üzrə qarşılıqlı təhdidlər yaxşı heç nəyə gətirib çıxarmayacaq". Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

"Biz əminik ki, təhdidlərin, hətta təhqirlərin mübadiləsi yaxşı heç nəyə gətirib çıxarmayacaq. Oturmaq və razılaşmaq lazımdır. Hamı bu problemə emosiyalarla deyil, soyuq başla yanaşmalıdır", -o deyib. Rusiyalı nazir böhranın həlli üzrə Rusiya-Çin təşəbbüsünü - "ikiqat dondurulma"nı xatırladıb.

Qeyd edək ki, Moskva və Pekin Koreya Xalq Demokratik Respublikasının nüvə və raket sınaqlarının dayandırılması ilə eyni vaxtda ABŞ-ın regionda keçirdiyi təlimlərdən imtina edilməsini təklif edir. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31