Mosul kitabxanalarına kitablar göndəriləcək
İraq Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi Enas Abdul Kadhim Mohammed Al-Khazraji AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova ilə görüşüb. Olaylar.az bildirir ki, görüş zamanı diplomat İraqın Mosul şəhərinin İŞİD terror təşkilatı tərəfindən dağıdılmasından, o cümlədən 2014-cü ildə buradakı ən böyük kitabxanaların yandırılmasından söz açıb. Mosul Universiteti Kitabxanasının, Ninəva Milli Muzeyi kitabxanasının, Ninəva Yerli Admnistrasiyası Milli Kitabxanasının yandırıldığını deyən üçüncü katib işğaldan azad olunmuş Mosul şəhərindəki kitabxanalara kitablar topladıqlarını açıqlayıb. Onun sözlərinə görə kitab toplanılması prosesi İraq Respublikası Nümayəndələr Palatası Mədəniyyət və Mətbuat Komitəsinin qərarı ilə başlayıb. E.Al-Khazraji həm ölkə daxilindən, həm də səfirliklər vasitəsilə xarici ölkələrdən kitablar topladıqlarını söyləyib.
8 Noyabr 2017 11:24 Sosialİraq Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi Enas Abdul Kadhim Mohammed Al-Khazraji AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova ilə görüşüb.
Olaylar.az bildirir ki, görüş zamanı diplomat İraqın Mosul şəhərinin İŞİD terror təşkilatı tərəfindən dağıdılmasından, o cümlədən 2014-cü ildə buradakı ən böyük kitabxanaların yandırılmasından söz açıb. Mosul Universiteti Kitabxanasının, Ninəva Milli Muzeyi kitabxanasının, Ninəva Yerli Admnistrasiyası Milli Kitabxanasının yandırıldığını deyən üçüncü katib işğaldan azad olunmuş Mosul şəhərindəki kitabxanalara kitablar topladıqlarını açıqlayıb. Onun sözlərinə görə kitab toplanılması prosesi İraq Respublikası Nümayəndələr Palatası Mədəniyyət və Mətbuat Komitəsinin qərarı ilə başlayıb. E.Al-Khazraji həm ölkə daxilindən, həm də səfirliklər vasitəsilə xarici ölkələrdən kitablar topladıqlarını söyləyib. Azərbaycanın daim İraq xalqına dəstək olduğunu vurğulayan diplomat AMEA Mərkəzi Elmi Kitabxanasından da Mosuldakı kitabxanalar üçün kitablar istəyib.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova İraqın qədim mədəniyyətə sahib olduğunu və tarixən kitabxanaları tərəfindən dünya informasiya-kitabxana müəssisələrinə və araşdırıcı mütəxəssislərə sənədlər ilə yardım etdiyini söyləyib. L.İmanova MEK tərəfindən İraq Səfirliyi vasitəsilə Mosul kitabxanalarına kitab yardımının göstərilməsinə hazır olduqlarını bildirib.