Gündəm
Prezident İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə keçirilən mərasimdə iştirak edib
Noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Əl- Qaidə üzvləri həbs edildi
İstanbul polisi Əl-Qaidə terror təşkilatına məxsus Heyyət Təhriri -Şam qrupunun iki üzvünü həbs edib. Polis əvvəlcədən müəyyən edilən ünvanlarda əməliyyat həyata keçirib. Əməliyyat zamanı şübhəlilərin yaşadığı mənzillərdə iki ədəd Vinçester yarıavtomatik döyüş tüfəngi, bir ədəd Braununq tapançası, çoxlu sayda güllə və digər silah- sürsat aşkar ediblər.
Turistlərin ən çox axın etdiyi ŞƏHƏRLƏR
“Euromonitor International” analitik şirkətləri il ərzində turistlərin axın etdiyi Top-100 şəhərlərin reytinqini tərtib edib. 2017-ci ildə turistlərin ən çox getdiyi şəhərlərin siyahısında birinci yeri Honkonq tutur. Məlumatlara görə, bu il Honkonqu artıq 25.7 milyon turist ziyarət edib. İkinci yeri Bankok - cari ilin 8 ayı ərzində 23.3 milyon insana qapısını açıb. 19.8 milyonla isə London ilk üçlüyü bağlayır.
İŞİD ABŞ-dakı məktəblərə hücum etdi
Hakerlər ABŞ-ın yerli məktəblərinə aid olan saytlara giriş edən minlərlə insanı İŞİD terror təşkilatını dəstəkləyən videolara yönləndirib. Blumfild məktəbi hakerlərin hücumları ərzində internet saytlarında 2 saata yaxın İŞİD videosunun verildiyini açıqlayıb. ABŞ Federal Təhqiqatlar Agentliyi hakerləri tapmaq üçün hərəkətə keçib.
Kəlbəcərli seçicilərin qəbulu keçirilib
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə Millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. “OLAYLAR” -ın xəbərinə görə, növbəti qəbul 07 Noyabr 2017-ci il tarixində keçirilib.
Vəlvələ çayı üzərindəki körpü əsaslı şəkildə bərpa olunub
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 146-cı km-də, Vəlvələ çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpü əsaslı şəkildə bərpa olunaraq vətəndaşların istifadəsinə verilib.
Məktəblərdə ağacəkmə aksiyaları keçirilir
Paytaxt məktəblərində ağacəkmə aksiyaları keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllim və şagirdləri ağacəkmə aksiyalarında iştirak edirlər. Ağacəkmə aksiyalarının təşkil olunmasında əsas məqsəd ətraf mühitin mühafizəsi, təbiətin qorunması, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin, məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.
Çindən yeni Türkiyə həmləsi – Güc nümayişi
Dünyanın ən böyük 7-ci bankı olan “Bank of China” Türkiyədə açacağı şöbə ilə güc nümayiş etdirəcək. Bu barədə Çinin İstanbuldakı Baş konsulu Qian Bo danışıb. “Ölkəmiz doğru addımlar ataraq dünya iqtisadiyyatına və sülhünə fayda verməyi planlaşdırır. İstanbul Baş Konsulluğu olaraq bölgəmizdəki bələdiyyələrlə təmasları dərinləşdirdik. Çinin Çongqinq bələdiyyəsi ilə İstanbul bələdiyyəsi arasında qardaş şəhər münasibəti qurmaq istəyirik. Ötən il İstanbula gələn 155 min çinli turistin 2018-ci ildə artacağını düşünürük”, - konsul bildirib.
Vidadi Zeynalovun əmlakına qoyulmuş həbs götürüldü
“Rabitə işi” üzrə qərarda təqsirləndirilən şəxslərin əmlakların üzərində həbs götürülməsi barədə qərar qəbul edilib. Bu barədə qərar noyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qəbul edilib.
"Avroviziya -2018"in iştirakçılarının siyahısı bəlli oldu
"Avroviziya -2018"in Portuqaliyadan olan təşkilatçıları Azərbaycanın da daxil olduğu 42 ölkədən ibarət müsabiqə iştirakçılarının siyahısını açıqlayıb. Məlumata görə, siyahı müsabiqənin rəsmi saytında dərc olunub. Saytda həmçinin müsabiqənin dəniz balıqqulağını xatırladan loqotipi və "Hamı göyərtəyə!" adlı rəsmi şüarı təqdim edilib.
Rusiya bu ölkə ilə viza rejimini ləğv etdi
Rusiyanın xarici işlər naziri Serqey Lavrov və Bruneyin ikinci xarici işlər və ticarət naziri Lim Djok Senq 2 ölkə arasında olan viza rejimini ləğv edən sənəd imzalayıblar. Bu haqda RİA xəbər agentliyi məlumat yayıb. Rusiya nazirinin fikrincə, bu addım iki ölkə arasında biznesin və ticarət əlaqələrinin inkişafına müsbət təsir edəcək.
Mesajla pul göndərmək dövrü başlayır
Mesajla pul göndərmək dövrü başladı. Əpl şirkəti bu yeniliyi istifadəçilərinin xidmətinə verib. Şirkətin iOS 11.2 Publik Beta 2 yenilənməsi ilə Ayfondan mesajla pul göndərmək mümkün olacaq.
ABŞ və Kanadaya viza almaq istəyənlər üçün pulsuz Məsləhət Mərkəzi açılıb
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Azərbaycanda yaşayan vətəndaşlara ABŞ və Kanadaya viza almaq üçün pulsuz Məsləhət Mərkəzi açıb. ADİİM sədri Cavid Şahverdiyevin “OLAYLAR” -a bildirdiyinə görə, məqsəd Azərbaycanda yaşayan vətəndaşların ABŞ almaq üçün sənədlərin düzgün tərtib edilməsi məqsədilə pulsuz məsləhət verməkdir.
Döyüş təyyarəsi radarlardan itdi
Çin üzərində müntəzəm uçuşlar həyata keçirən Tayvana məxsus döyüş təyyarəsi itkin düşüb. Olaylar.az bildirir ki, Taipei yaxınlığında Hsinchu hava limanından uçuş edən Mirage-2000 tipli döyüş təyyarəsi ilə yarım saat sonra bütün bağlantılar kəsilib. Çin Donanmasına məxsus gəmilər və təyyarələr təyyarəni tapmaq üçün bölgədə axtarış və xilasetmə əməliyyatlarına başlayıb.
Tərtərdə bayraq yürüşü keçiriləcək
9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar paytaxtla yanaşı bölgələrdə silsilə tədbirlər keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, belə tədbirlərdən biri Milli Məclisinin üzvləri, tanınmış ziyalılar, QHT təmsilçiləri və media nümayəndələrinin iştirakı ilə təşkil olunur.






.jpg)







