Əl- Qaidə üzvləri həbs edildi
İstanbul polisi Əl-Qaidə terror təşkilatına məxsus Heyyət Təhriri -Şam qrupunun iki üzvünü həbs edib. Polis əvvəlcədən müəyyən edilən ünvanlarda əməliyyat həyata keçirib. Əməliyyat zamanı şübhəlilərin yaşadığı mənzillərdə iki ədəd Vinçester yarıavtomatik döyüş tüfəngi, bir ədəd Braununq tapançası, çoxlu sayda güllə və digər silah- sürsat aşkar ediblər.
8 Noyabr 2017 11:45 Dünyaİstanbul polisi Əl-Qaidə terror təşkilatına məxsus Heyyət Təhriri -Şam qrupunun iki üzvünü həbs edib. Polis əvvəlcədən müəyyən edilən ünvanlarda əməliyyat həyata keçirib. Əməliyyat zamanı şübhəlilərin yaşadığı mənzillərdə iki ədəd Vinçester yarıavtomatik döyüş tüfəngi, bir ədəd Braununq tapançası, çoxlu sayda güllə və digər silah- sürsat aşkar ediblər.
Şübhəlilər İstanbul Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinə aparılıblar. Hüquq Mühafizə orqanları şəbəkənin digər üzvlərinin axtarılması istiqamətində əməliyyatları davam etdirəcək.
Xəbəri Olaylar.az - ın Türkiyə bürosu yayıb.