Çindən yeni Türkiyə həmləsi – Güc nümayişi

Dünyanın ən böyük 7-ci bankı olan “Bank of China” Türkiyədə açacağı şöbə ilə güc nümayiş etdirəcək. Bu barədə Çinin İstanbuldakı Baş konsulu Qian Bo danışıb. “Ölkəmiz doğru addımlar ataraq dünya iqtisadiyyatına və sülhünə fayda verməyi planlaşdırır. İstanbul Baş Konsulluğu olaraq bölgəmizdəki bələdiyyələrlə təmasları dərinləşdirdik. Çinin Çongqinq bələdiyyəsi ilə İstanbul bələdiyyəsi arasında qardaş şəhər münasibəti qurmaq istəyirik. Ötən il İstanbula gələn 155 min çinli turistin 2018-ci ildə artacağını düşünürük”, - konsul bildirib.

Dünyanın ən böyük 7-ci bankı olan "Bank of China" Türkiyədə açacağı şöbə ilə güc nümayiş etdirəcək. Bu barədə Çinin İstanbuldakı Baş konsulu Qian Bo danışıb. "Ölkəmiz doğru addımlar ataraq dünya iqtisadiyyatına və sülhünə fayda verməyi planlaşdırır. İstanbul Baş Konsulluğu olaraq bölgəmizdəki bələdiyyələrlə təmasları dərinləşdirdik. Çinin Çongqinq bələdiyyəsi ilə İstanbul bələdiyyəsi arasında qardaş şəhər münasibəti qurmaq istəyirik. Ötən il İstanbula gələn 155 min çinli turistin 2018-ci ildə artacağını düşünürük", - konsul bildirib.

Qeyd edək ki, bu ilin əvvəlində 300 milyon dollarlıq sərmayəni Türkiyəyə cəlb edən "Bank of China"nın yaxın vaxtlarda İstanbulda açılacaq şöbəsi ilə yeni Türkiyə həmləsini başlatdığı bildirilib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31