ABŞ və Kanadaya viza almaq istəyənlər üçün pulsuz Məsləhət Mərkəzi açılıb
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Azərbaycanda yaşayan vətəndaşlara ABŞ və Kanadaya viza almaq üçün pulsuz Məsləhət Mərkəzi açıb. ADİİM sədri Cavid Şahverdiyevin “OLAYLAR” -a bildirdiyinə görə, məqsəd Azərbaycanda yaşayan vətəndaşların ABŞ almaq üçün sənədlərin düzgün tərtib edilməsi məqsədilə pulsuz məsləhət verməkdir.
8 Noyabr 2017 11:26 SosialAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Azərbaycanda yaşayan vətəndaşlara ABŞ və Kanadaya viza almaq üçün pulsuz Məsləhət Mərkəzi açıb. ADİİM sədri Cavid Şahverdiyevin "OLAYLAR" -a bildirdiyinə görə, məqsəd Azərbaycanda yaşayan vətəndaşların ABŞ almaq üçün sənədlərin düzgün tərtib edilməsi məqsədilə pulsuz məsləhət verməkdir. QHT sədri bildirib ki, Azərbaycan vətəndaşlarının ABŞ və Kanada ölkələrinə maraqları ildən-ilə çoxalır: "Bizim araşdırmalarımıza görə vətəndaşların müraciətləri əsasında sənədlərin 20-30 faizi düzgün tərtib olmadığına görə geydiyyatdan keçə bilmirlər. Onların B1/B2, F, M və yaxud iş vizalarının düzgün seçilməməsi nəticədə on-line qeydiyyatdan keçməməyinə gətirib çıxarır. Araşdırmalar viza rüsumun ödənilməsi və görüşün təyin edilməsi ilə bağlı onu göstərir ki, bu bölmələrə çatanda da müraciət edənlər çətinliklə üzləşilər. Eyni zamanda bizə məlumdur ki, müəyyən turizm agentləri və vizanın alınması xidmətini göstərənlər vətəndaşlara kömək edə biləcəklərini söz verirlər və onların xidmətlərindən istifadə etməyə inandırırlar. Bir çox fərdlər, turizm agentləri və yaxud viza konsultantları vətəndaşlara onların xidmətlərindən istifadə etməyi tövsiyə edirlər. Onların bəziləri qanuni fəaliyyət göstərir və həqiqətən də insanlara vaxtlarına qənaət etməyə kömək olurlar, lakin yadda saxlamalıyıq ki, onlar müraciət edən vətəndaşların şəxsi həyatlarıyla bağlı olan sualların cavablarını bilmirlər. Bu kimi problemlərlə üzləşən vətəndaşlar viza almaq üçün çarəsiz qalırlar və müxtəlif adamların "kömək edəcəkləri" təkliflərinə inanmağa məcbur olular. Belə ki, həmin adamlar müəyyən pul müqabilində vətəndaşlara vizanın alınmasında "köməklik" təklif edirlər". C.Şahverdiyev qeyd edib ki, ABŞ və Kanadanın immiqrasiya haqqında qanunun tələblərindən bixəbər olanlar onlarla Azərbaycan vətəndaşının aldanmasına səbəb olurlar".