Gündəm

Akademik: “Koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır”

8 Noyabr 2017 12:15

“Növbəti ilin büdcə zərfi çox yüksək, çox təkmil və peşəkarlıqla hazırlanmış mükəmməl bir sənəddir. Ən əsası odur ki, büdcə yenə sosialyönümlüdür. Büdcənin üçdə biri məhz sosial məsələlərə ayrılıb. Bu, Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin əhalinin sosial məsələlərinin həllinə necə böyük önəm verdiyini göstərir”.

Rusiyalı jurnalistlərə BOMBALI HÜCUM

8 Noyabr 2017 12:14

Rusiyalı jurnalistlər hücum nəticəsində yaralanıblar. Belə ki, Suriyanın Deyr Əz Zur şəhəri yaxınığında Rusiyanın NTV və Zvezda televiziya kanallarının jurnalistləri bombalı hücuma məruz qalıblar. Müxalif qruplar tərəfindən partlatdılan şəhərdə   4 rus jurnalist və onları müşayət edən 5 nəfər hərbçi müxtəlif bədən xəsarəti alıblar.

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 544 689 nəfərə çatıb

8 Noyabr 2017 12:10

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayında artım dinamikası davam edir. Cari ilin yanvar-oktyabr aylarında sistemdə əlavə olaraq 171 132 nəfər şəxsə fərdi şəxsi hesab açılıb ki, bu da  ötən ilin müvafiq dövrü  ilə müqayisədə 14 374 nəfər və ya 9,17 faiz çoxdur.

Nazir müavini: 97,2 min ailə üzvü ünvanlı sosial yardımla təmin olunur

8 Noyabr 2017 12:07

“Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş” layihəsi müzakirə olunub. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Koreya Respublikasının nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş” layihəsinin müzakirə edilməsidir.

Elmar Məmmədyarov Efiopiyaya səfər edib

8 Noyabr 2017 12:04

Xarici işlər naziri Elmar Məmmədyarov 8-9 noyabr tarixlərində Efiopiya Federativ Demokratik Respublikasında rəsmi səfərdə olacaq. XİN-in mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri Vorkene Qebeyehu və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Azərbaycan telekanalında HƏYƏCANLI AN: canlı efirdə asıldı

8 Noyabr 2017 12:03

Dünən Zaurun aparıcılığını etdiyi "5/5" verilişi həyəcanlı anlara səhnə olub. Aparıcı canlı yayıma Kamandar adlı pəhləvanı dəvət edib. Onun dırnaqlarındakı qurğu diqqətdən qaçmayıb. Canlı yayımda ilk dəfə olaraq dırnağından asılacağını deyən pəhləvanın sözləri studiyadakı qonaqları qorxudub. Müğənni Gülay sözügedən prosesi izləyə bilməyəcəyini öncədən bildirib.

Baş Prokurorluqdan Eldar Mahmudovla bağlı açıqlama

8 Noyabr 2017 12:02

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq həm də eks-nazirin köməkçisi olmuş, polkovnik-leytenant Vüqar Mahmudov MTN-nin vəzifəli şəxsləri barəsində açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

48 yaşlı yevlaxlı cinsi əlaqə üçün mingəçevirli qızı meşəyə apardı, ağzına ağac yeritdi, sonra... ŞOK OLAY

8 Noyabr 2017 12:00

Tanışını öldürməkdə təqsirli bilinən Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Mayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mayıl Məmmədov 8 mart 2017-ci il, saat 17.30-da tanışı Gülnar İbrahimova ilə cinsi əlaqədə olmaq məqsədi ilə Mingəçevir şəhərində yerləşən 1 saylı orta məktəbin yaxınlığında görüşüb. Onlar Mayıl Məmmədovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Yevlax-Ağdaş yolunun kənarındakı meşəlik sahəyə gəlib.

Azərbaycanın İrandakı səfirliyindən AMEA - ya hədiyyə

8 Noyabr 2017 12:01

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyindən AMEA Mərkəzi Elmi Kitabxanasına  kitablar hədiyyə edilib. Kitabları MEK-ə Azərbaycanın İrandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Bünyad Hüseynov təqdim edib. Olaylar.az bildirir ki, qədim, orta əsrlər və müasir dövr İranının tarixi, arxitekturası, ədəbiyyatı və incəsənətini əks etdirən ədəbiyyat siyahısına həmçinin, İran türklərinin qədim və zəngin tarixini, habelə Cənubi Azərbaycan və çağdaş Azərbaycan Respublikasının siyasi həqiqətlərini əks etdirən materiallar da daxildir.

Futboçularını 80 milyona satmalıdı - ÇL-dən qovulmamaq üçün

8 Noyabr 2017 11:58

PSJ maliyyə feyr-pleyinə görə ciddi problemlərlə üzləşə bilər. UEFA gələn mövsümün əvvəlində 2017-ci ilin maliyyə hesabatını nəzərdən keçirəcək. PSJ-nin bununla bağlı işlərinin qaydasında olmadığı bildirilir.

"Gümüş və bürünc medal bizim üçün uğursuzluq olardı"

8 Noyabr 2017 11:57

Avropa çempionatında reytinqimizə görə ikinci pillədə idik. Məqsədimiz həmişəki kimi çox yüksək idi. Avropa çempionu olmaq istəyirdik. Bunu Azərbaycan millisinin şahmatçısı Qədir Hüseynov deyib.

Rusiyada FACİƏ: 9 nəfər öldü

8 Noyabr 2017 11:54

Rusiyanın Voronej vilayətində fərdi evdə baş verən yanğın nəticəsində 3-ü uşaq olmaqla, 5 nəfər ölüb. Bu barədə "RİA Novosti" region üzrə fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb. Yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Avropa çempionu: "Ermənistanla matç çox çətin keçdi"

8 Noyabr 2017 11:53

Çempionluqların hamısı şirindi. Bunları fərqləndirmək düzgün deyil. Bunu kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Eltac Səfərli deyib. Yığmamız Yunanıstanda keçirilən Avropa çempionatında növbəti qızıl medalını qazanıb. 25 yaşlı Səfərli 3-cü dəfə qitənin ən güclüsü adına yiyələnən millimizin heyətində həm şahmatçı, həm də kapitan kimi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu 2 çempionluğu müqayisə etməyən qrossmeyster uğuru xalqımızın qələbəsi kimi dəyərləndirib: "2009-cu və 2013-cü ildə də çempion olanda bu, nəinki mənim, hər birimizin - Azərbaycan qələbəsi idi. Son 6 Avropa çempionatında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışıq. Bu dəfə yarış bizim üçün çox uğurlu alındı. 15 il öncə - 2012-ci ildə Krit adasında, məhz həmin zalda dünya çempionu olmuşdum. Orada həmin xatirələr də yadıma düşdü".

Türkiyə və İran razılığa gəldi - Əməliyyatlar başlayır

8 Noyabr 2017 11:50

Türkiyə və İran İraqın şimalında PKK terror təşkilatına qarşı birgə hərbi əməliyyatların keçirilməsi barədə razılığa gəliblər.  Ankara və Tehranın birgə hərbi fəaliyyəti haqqında razılaşma bu yaxınlarda əldə olunub. Əməliyyatın başlama vaxtı barədə məlumat verilmir.

"Çelsi" qapıçısı ilə yolları ayırdı

8 Noyabr 2017 11:49

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" qapıçısı Matey Delaçla yolları ayırıb. 25 yaşlı qolkiper İngiltərədə iş üçün icazə ala bilmədiyi üçün bu qərarı verib. Məlumatı xorvatiyalı qapıçı özü təsdiqləyib.