Azərbaycanın İrandakı səfirliyindən AMEA - ya hədiyyə

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyindən AMEA Mərkəzi Elmi Kitabxanasına  kitablar hədiyyə edilib. Kitabları MEK-ə Azərbaycanın İrandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Bünyad Hüseynov təqdim edib. Olaylar.az bildirir ki, qədim, orta əsrlər və müasir dövr İranının tarixi, arxitekturası, ədəbiyyatı və incəsənətini əks etdirən ədəbiyyat siyahısına həmçinin, İran türklərinin qədim və zəngin tarixini, habelə Cənubi Azərbaycan və çağdaş Azərbaycan Respublikasının siyasi həqiqətlərini əks etdirən materiallar da daxildir.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyindən AMEA Mərkəzi Elmi Kitabxanasına kitablar hədiyyə edilib. Kitabları MEK-ə Azərbaycanın İrandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bünyad Hüseynov təqdim edib.

Olaylar.az bildirir ki, qədim, orta əsrlər və müasir dövr İranının tarixi, arxitekturası, ədəbiyyatı və incəsənətini əks etdirən ədəbiyyat siyahısına həmçinin  çağdaş Azərbaycan Respublikasının siyasi həqiqətlərini əks etdirən materiallar da daxildir.  

Təqdim edilmiş ədəbiyyat siyahısından Azərbaycanın qədim tarixini, ədəbiyyatını, incəsənətini, müasir dövrə aid məsələlərini əks etdirən kitabların MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31