Akademik: “Koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır”

“Növbəti ilin büdcə zərfi çox yüksək, çox təkmil və peşəkarlıqla hazırlanmış mükəmməl bir sənəddir. Ən əsası odur ki, büdcə yenə sosialyönümlüdür. Büdcənin üçdə biri məhz sosial məsələlərə ayrılıb. Bu, Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin əhalinin sosial məsələlərinin həllinə necə böyük önəm verdiyini göstərir”.

"Növbəti ilin büdcə zərfi çox yüksək, çox təkmil və peşəkarlıqla hazırlanmış mükəmməl bir sənəddir. Ən əsası odur ki, büdcə yenə sosialyönümlüdür. Büdcənin üçdə biri məhz sosial məsələlərə ayrılıb. Bu, Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin əhalinin sosial məsələlərinin həllinə necə böyük önəm verdiyini göstərir". "Olaylar" xəbər verir ki, bunu büdcə zərfinə daxil olan qanun layihələrinin Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib. Komitə sədri çıxışında yeni diqqəti koxlear implantasiyaya çəkib.O, deyib ki, bu əməliyyatı həyata keçirmək üçün büdcədən daha çox maliiyə vəsaiti ayrılmalıdır: "Deyə bilərlər ki, səhiyyə sahəsinə nəzərdə tutulan vəsaitdən bu məsələyə maliyyə ayırmaq olar. Amma hesab edirəm ki, həmin vəsaitin özü də yetərli deyil. Ona görə də koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31