Gündəm
Mediada “Fədayə Laçın”ın xəbəri birinci yerdə gedir
“Biz “Google”da “Dağlıq Qarabağ”, “Bakı – Tbilisi – Qars (BTQ) dəmiryolu”, “FədayəLaçın” və “Qoca” ləqəbli kriminal avtoritet” sözlərini axtarışa verdik. Birinci yerdə “Fədayə Laçın”, ikinci yerdə “Dağlıq Qarabağ”, üçüncü yerdə “Qoca”, dördüncü yerdə “Bakı-Tbilis-Qars dəmiryolu” ifadələri qərarlaşmışdı. Bax bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir”.
Səlim Müslümov: “Pensiyalara görə xüsusi komissiya yaradılacaq”
"Artıq pensiyaların maliyyələşdirilməsində dəqiq bölgü prinsipi var. Pensiyaların 1992-ci ilədək olan stajlar üzrə formalaşma öhdəlikləri, o cümlədın dövlət qulluqçuları, hərbi qulluqçular və bu kateqoriyadan olan şəxslərin pensiyalarına verilən əlavələr dövlət büdcəsinin öhdəlikləri hesab edilib”. “Olaylar”ın məlumatına görə, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin parlamentdə müzakirəsi zamanı əmək və əhalinin sosail müdafiəsi naziri Səlim Müslümov deyib.
Trampın müharibəyə səbəb olacaq GİZLİ QARABAĞ QƏRARI
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta dünən bildirdi ki, “Vaşinqtonda yeni administrasiya hakimiyyətə gələndən sonra Dağlıq Qarabağ məsələsində necə hərəkət etməklə bağlı qərarlar qəbul edildi”. Səfir qeyd etdi ki, ABŞ Minsk qrupunda həmsədrlik fəaliyyətinə davam etdirmək qərarını verib.
Yağış yağacaq, güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında noyabrın 9-dahava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Prezident: “Bakı metrosunun şəbəkəsi genişləndiriləcək”
Prezident İlham Əliyev Bakı metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasim iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubu ölkə başçısının iqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədov oxuyub.
Əsədin məsləhətçisi Ankaranı təhdid etdi
Suriya hakimiyyəti Türkiyəni təhdid edib. Suriya prezidenti Bəşər Əsədin məsləhətçisi Buseyna Şaban Suriyanın şimalında türk ordusunun varlığının təcavüzkarlıq olduğunu bildirib. O, Suriya hökumətinin uyğun zamanda buna sərt reaksiya verəcəyini deyib.
Deputat diplomatların maaşının artırılmasını təklif edib
“Diplomatik fəaliyyət haqqında” qanuna ediləcək yeni dəyişikliklər nəticəsində Xarici İşlər Nazirliyininin maliyyəsi təkmilləşdiriləcək”. “Olaylar”ın məlumatına görə, bunu 2018-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Marsda doğulduğunu iddia edən uşaq: O məzar açılanda həyat tam dəyişəcək
Rusiyanın Volqoqrad şəhərində yaşayan Boriska Kipriyanoviç adlı uşaq doğulmamışdan öncə Marsda yaşadığını deyib. Kipriyanoviçin iddiası və kosmos mövzusundakı dərin məlumatı elm adamlarının fikirlərini qarışdırıb.
Müəllim və valideynlər qəbul ediləcək
Noyabrın 10-da paytaxtın Xətai və Suraxanı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 27 nömrəli tam orta məktəbdə (Ünvan: Y.Səfərov küçəsi 7) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.
“Şəhidliyin Rahim Tağiyev zirvəsi” filmi təqdim edildi
Xəbər verdiyimiz kimi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Gənclər Fondunun maliyyə dəstəyi ilə "Aprel döyüşlərinin tank komandiri: Şəhidliyin Rahim Tağiyev zirvəsi” adlı qısametrajlı sənədli film çəkib.
Komitə sədri: “Azərbaycanda hər il 100-150 uşaq kar doğulur”
“2018- ci ilin dövlət büdcəsinin 3-də biri sosial sahəyə yönəldilib. Təhsil və elm sahəsinə maliyyə ayrılmasında artım var. Xüsusilə də Azərbaycan Milli Elmlər Akademiyasına artım proqnozlaşdırılıb. Səhiyyə sahəsində çox ciddi proqramlar proqnozlaşdırılır.
Nazirdən 3 yaşınadək uşağı olan ailələrə ŞAD XƏBƏR
“Uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın, bu məsələ təkmilləşdirilsin. Yəni, 3 yaşınadək uşağı olan ailələri verilən müavinətlətin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsin”.
Baş epidemioloq: Azərbaycanda qrip epidemioloji həddi keçməyib
Azərbaycanda insanlar arasında qripə yoluxma halları olsa da, xəstələnmə halları epidemioloji həddi keçməyib. Məlumata görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
Eldar İbrahimov: “Bu gün dünyada az qala bır sıra ölkələr dağılır, ancaq…”
“Büdcənin tərtibatı yüksək səviyyədə hazırlanıb”. “Olaylar” xəbər verir ki, bunu noyabrın 7-də 2018-ci ilin dövlət büdcəsinin Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komtələrinin birgə iclasında müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov deyib. Komitə sədri deyib ki, bu gün dünyada az qala bır sıra ölkələr dağılır, çünki maliyyə-iqtisadi böhranı hələ də davam edir: “Ancaq bunların fonunda Azərbaycan böyük sürətlə, dinamik şəkildə inkişaf edir, sabaha doğru inmala addımlayır.
Hadi Rəcəbli: “Büdcə vətəndaşlara xidmət etməlidir”
"Büdcə sosial yönümlü olaraq vətəndaşa xidmət etməlidir. Prezident İlham Əliyevin siyasəti də bu məqsədə xidmət edir. Sevindirici haldır ki, postneft dövründə Azərbaycanda sosial müdafiə xərcləri azaldılmayıb”. “














