Marsda doğulduğunu iddia edən uşaq: O məzar açılanda həyat tam dəyişəcək
Rusiyanın Volqoqrad şəhərində yaşayan Boriska Kipriyanoviç adlı uşaq doğulmamışdan öncə Marsda yaşadığını deyib. Kipriyanoviçin iddiası və kosmos mövzusundakı dərin məlumatı elm adamlarının fikirlərini qarışdırıb.
8 Noyabr 2017 12:49 DünyaRusiyanın Volqoqrad şəhərində yaşayan Boriska Kipriyanoviç adlı uşaq doğulmamışdan öncə Marsda yaşadığını deyib. Kipriyanoviçin iddiası və kosmos mövzusundakı dərin məlumatı elm adamlarının fikirlərini qarışdırıb.

Boriskanın həkim olan anası övladının fərqli bir uşaq olduğunu iddia edir. O oğlunun doğulduqdan iki həftə sonra heç bir kömək olmadan başını qaldırdığını, bir neçə ay sonra danışmağa başladığını, 1.5 yaşına çatanda isə oxuyub, şəkil çəkdiyini deyir.

Məktəbə gedərkən müəllimləri təəccübləndirəcək dərəcədə güclü hafizəsi ilə yanaşı, çox yaxşı yazma və əcnəbi dillərdə danışmaq qabiliyyətinin olduğunu müşahidə ediblər.

Milli.Az The Sun-a istinadən xəbər verir ki, ailəsi ona kosmosdan heç zaman danışmasalar belə, Boriskanın tez-tez Mars, yadplanetlilərdən danışdığını müəyyən edib.

Qısa bir zaman sonra Boriska bir nüvə fəlakətindən meydana gələn Marsda doğulduğunu iddia etməyə başlayıb. O, Qırmızı Planetin insanlarının karbondioksitlə nəfəs aldıqlarını və yerin altında yaşadıqlarını söyləyib. Marsdakıların planetlərarası səfərlər həyata keçirə bildiklərini və keçmiş həyatında dünyanı pilot olaraq gəzdiyini sözlərinə əlavə edib.

Boriska: "Qizadakı Böyük Sfenks açıldığı zaman bütün həyat dəyişəcək. Tam olaraq yerini xatırlamıram. Qulağının arxasında bir yerdə həmin məzarı açmaq üçün düymə var" deyib.