Nazirdən 3 yaşınadək uşağı olan ailələrə ŞAD XƏBƏR

“Uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın, bu məsələ təkmilləşdirilsin. Yəni, 3 yaşınadək uşağı olan ailələri verilən müavinətlətin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsin”.

"Uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın, bu məsələ təkmilləşdirilsin. Yəni, 3 yaşınadək uşağı olan ailələri verilən müavinətlətin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsin". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib. Komitə sədri məişət zorakılığına da toxunaraq, bu məsələdə vəziyyətin ürəkaçan olmadığını deyib. O, təklif edib ki, bu yöndə mübarizəni daha effektli və səmərəli təşkil etmək üçün Mili Fəaliiyət Proqramı hazırlanmalıdır. Millət vəkili, MM-in Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, artıq bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu məsələ üzərində düşünülür, o, ölcülüb-biçilir. Yəni, bu məsələ həm bizim gündəmimizdədir, həm də hörmətli nazirimiz Səlim Müslümovun diqqətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31