Deputat diplomatların maaşının artırılmasını təklif edib
“Diplomatik fəaliyyət haqqında” qanuna ediləcək yeni dəyişikliklər nəticəsində Xarici İşlər Nazirliyininin maliyyəsi təkmilləşdiriləcək”. “Olaylar”ın məlumatına görə, bunu 2018-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
8 Noyabr 2017 12:48 Siyasət"Diplomatik fəaliyyət haqqında" qanuna ediləcək yeni dəyişikliklər nəticəsində Xarici İşlər Nazirliyininin maliyyəsi təkmilləşdiriləcək". "Olaylar"ın məlumatına görə, bunu 2018-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Deputat bildirib ki, hazırda XİN-də "Diplomatik fəaliyyət haqqında" qanuna dəyişiklik üzərində iş gedir: "Bu dəyişikliklərə əsasən, diplomatik fəaliyyətin və diplomatların maliyyələşməsinin təkmilləşdirilməsi nəzərdə tutulur. Qanuna ediləcək dəyişikliklər Milli Məclisdə müzakirə olunub, qəbul edildikdən sonra həm XİN-də, həm də diplomatik korpuslarda çalışan diplomatların maaşında dürüstləşmə həyata keçiriləcək". S.Seyidov əlavə edib ki, diplomatların maaşının dürüstləşməsi üçün ilkin olaraq Maliyyə Naziriliyindən vəsait ayrılması nəzərdə tutulur: "Bununla bağlı məsələnin büdcədə indidən əksini tapması yaxşı olardı". Komitə sədri onu da əlavə edib ki, son dövrlərdə beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərənlərin sayı artmaqdadır: "Ona görə də xarici ezamiyyə məsələsinə yenidən baxılaraq, onun həcminin artırılmasını təklif edirəm".