Gündəm
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri məlum oldu
İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsinin gəlirləri və xərcləri məlum olub. “Olaylar”ın məlumatına görə, bu barədə "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsində qeyd edilib. Sənəddə İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri və xərcləri 89 mln. 40 min manat məbləğində göstərilib. Gələn il fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar üzrə 17 mln. 726 min 212 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 mln. 726 min 212 manat, digər sığortaedənlər 53 mln. 567 min 576 manat və sair gəlirlərdən 20 min manatlıq daxilolmalar hesabına təmin ediləcək.
Şəkərli diabetdən əziyyət çəkənlər nələrə diqqət etməlidir?
Son illər cəmiyyətdə müşahidə edilən sosial problemlərdən biri də şəkər xəstəliyinin sürətlə yayılmasıdır. Əgər əvvəllər nisbətən yaşlı nəsil bu problemdən əziyyət çəkirdisə, günümüzdə gənclər arasında belə şəkərli diabetdən əziyyət çəkənlərə rast gəlmək mümkündür. Bəs görəsən şəkər xəstəliyinin cavanlaşmasının başlıca səbəbləri hansılardır? Və bu problem insanlarda hansı fəsadlara yol açır? Xüsusilə, şəkər xəstəliyi insanın psixoloji durumuna necə təsir göstərir? Psixoloq Nərmin Quliyeva deyir ki, qanda şəkərin miqdarında yaranan disbalans orqanik problemlərə və psixoloji narahatlıqlara səbəb olur.
İntihara aparan yollar
Dünyada hər gün baş verən intiharların beynəlxalq aləmdə ciddi narahatlıqla qarşılanması, bu problemin çağdaş dünyamızın, həyatımızın və “alın yazısının” bəlli həqiqətlərindən biri kimi qəbul edilir. Məhz bu səbəbdən də bütün bəşəriyyətə xas olan bu problemin mahiyyətinə varmaq, onun yaranma səbəblərini öyrənmək, onu önləməyin mümkün yollarına aydınlıq gətirmək vacib məsələyə çevrilir.
40 ildən sonra görüş
Orta məktəbin son siniflərindəydim. Dərs ili başlayan kimi şagirdləri kənd təsərrüfatı məhsullarının yığımına köməyə aparırdılar. Hamımız bir nəfər kimi səhərdən axşam çağlarınadək sovxoz fəhlələri ilə çiyin-çiyinə çalışardıq. Xaçmaz rayonu başqa tərəvəzlərlə yanaşı ən çox pomidoru ilə də məşhur idi. Günorta saatlarıydı. Sovxozun fəhlələri ilə birğə məhsul yığımındaydıq. Tərəvəz sahəsinin o başından orta yaşlı, orta boylu bir kişinin bizə tərəf gəldiyini gördük. Bizə çatanda əlindəki çubuğu yerə dirəyib əvvəlcə salamlaşdı, hal-əhval tutdu, vəziyyətlə maraqlandı. Hamımızla ayrıca görüşdü. Problem və çatışmazlıqların olub-olmamasını soruşdu. Növbə mənə çatanda tez-tələsik sovxuzun daimi fəhləsi olmadığımı, burda müvəqqəti çalışdığımı, məktəbdən köməyə gəldiyimizi, ali təhsil alacağımı bildirdim. Elə bil məni fəhlə biləcəyindən utanırdım. Gənclik düşüncəmlə bunu özümə ayıb sayırdım. O da cavabında: „Əlbəttə, oxumaq lazımdı, belə düşünməyin çox yaxşıdı“ – dedi.
Ankaranın yeni meri məmurların istefasını tələb edir
Ankaranın yeni meri Mustafa Tuna meriyanın bundan əvvəlki mer Melih Gökçeklə işləyən bütün məmurlarının istefasını tələb edir. Məlumata görə, ötən gün sabiq merin bütün köməkçiləri istefa verib. 1994-cü ildən bu vəzifədə çalışan M.Gökçekin köməkçilərinin hansı səbəbdən postlarını tərk etdiyi bildirilmir.
Bakı metrosunun 12 stansiyasının inşası 8 ilə başa çatacaq
2025-ci ilə qədər Bakı Metropoliteninin Bənövşəyi xətt üzrə 12 stansiyasının tikintisi başa çatacaq. Məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.
Gövhər Baxşəliyeva: “Bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir”
“Bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir”. “Olaylar” xəbər verir ki, deputat Gövhər Baxşəliyev parlamentdə büdcə müzakirəsi zamanı deyib. Deputat qeyd edib ki, bu hal olduqca təhlükəlidir: “Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Ailələrdə azyaşlı qızlara qarşı belə məcburiyyətin kök atmasına imkan verməməliyik”.
FHN-də Dövlət Bayrağı Günü qeyd olunub
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilib. “Olaylar” xəbər verir ki, əvvəlcə Akademiyanın həyətində Heydər Əliyevin abidəsi ziyarət olunub. FHN-in Akademiyasının akt zalında keçirilən tədbir dövlət himninin oxunması ilə başlanıb.
FHN əməkdaşları təltif olunublar
Fövqəladə Hallar Nazirliyində (FHN) “Xəzər-2017” beynəlxalq təlimlərində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilib.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi tərəfindən verilmiş medalları əməkdaşlara fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev təqdim edib.
Vüqar Əliyev: "Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi dövlətin media siyasətinin başlıca istiqamətləridir"
Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, KİV-lərin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi Azərbaycan dövlətinin, ictimaiyyətinin mövqeyini ifadə edən və onun haqq səsini dünyaya çatdıran medianın formalaşdırılması və inkişafına hərtərəfli dəstək göstərilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətin media siyasətinin başlıca istiqamətləridir. Məlumata görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda keçirilən dəyirmi masada deyib.
“Beşiktaş”dan İngiltərə klublarına: 20 milyonu hazırlayın
"Beşiktaş" rəhbərliyi komandanın aparıcı oyunçularından olan Cenk Tosunun transfer qiymətini açıqlayıb. 26 yaşlı hücumçunu heyətinə qatmaq istəyən "Tottenhem" və "Nyukasl" klublarına rəsmi cavab verilib. Premyer Liqa təmsilçiləri bu keçidi 13-14 milyon avro qarşılığında həyata keçirməyi planlaşdırsalar da, İstanbul təmsilçisi bununla razılaşmayıb. Onlar qarşı tərəfə "20 milyonu hazırlayın" cavabını veriblər. "Beşiktaş"ın prezidenti Fikrət Orman İngiltərə klublarına açıqlanan məbləğdən aşağı düşməyəcəklərini çatdırıb.
ABŞ prezidenti bu ölkəyə cənnət vəd etdi
“Nüvə silahını əldə etmək cəhdləri Pxenyanı böyük təhlükə altında qoyur”. Bu sözləri ABŞ prezidenti Donald Tramp Cənubi Koreya parlamentində çıxışında deyib. “Mən Koreya yarımadasına gəldim ki, Şimali Koreyanın diktator liderinə birbaşa müraciətimi çatdırım. Sənin almağa çalışdığın silahlar sənin təhlükəsizliyini təmin etməyəcək, onlar sənin rejimini böyük təhlükə altına qoyur”, - ABŞ prezidenti qeyd edib. Onun sözlərinə görə, ABŞ Şimali Koreyaya ən yaxşı gələcək üçün yolu təklif etməyə hazırdır: “Şimali Koreya sənin babanın (Kim İr Sen) qurmaq istədiyi cənnət deyil, bura heç bir insanın layiq olmadığı cəhənnəmdir. Sənin etdin cinayətlərə baxmayaraq, ABŞ ən yaxşı gələcəyə yolu təklif etməyə hazırdır. Bu, yalnız bir şərtlə mümkündür: təcavüzdən və nüvə proqramından tam imtina”.
Bakı Metropolitenində 7 vaqonlu qatarlar olacaq
Bakı Metropoliteni gələcəkdə 7 vaqonlu qatarlar gətirməyi planlaşdırır. Məlumata görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov deyib. Qurum rəhbəri bildirib ki, hazırda bununla bağlı təkliflər var. 7 vaqonlu qatarlar yeni və müasir tipli olacaq.
Eldar İbrahimov: “Bu gün dünyada az qala bır sıra ölkələr dağılır, ancaq…”
“Büdcənin tərtibatı yüksək səviyyədə hazırlanıb”. “Olaylar” xəbər verir ki, bunu noyabrın 7-də 2018-ci ilin dövlət büdcəsinin Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komtələrinin birgə iclasında müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov deyib.
Hadi Rəcəbli: “Büdcə vətəndaşlara xidmət etməlidir”
“Büdcə sosial yönümlü olaraq vətəndaşa xidmət etməlidir. Prezident İlham Əliyevin siyasəti də bu məqsədə xidmət edir. Sevindirici haldır ki, postneft dövründə Azərbaycanda sosial müdafiə xərcləri azaldılmayıb”. “Olaylar”ın məlumatına görə, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.














