“Beşiktaş”dan İngiltərə klublarına: 20 milyonu hazırlayın
"Beşiktaş" rəhbərliyi komandanın aparıcı oyunçularından olan Cenk Tosunun transfer qiymətini açıqlayıb. 26 yaşlı hücumçunu heyətinə qatmaq istəyən "Tottenhem" və "Nyukasl" klublarına rəsmi cavab verilib. Premyer Liqa təmsilçiləri bu keçidi 13-14 milyon avro qarşılığında həyata keçirməyi planlaşdırsalar da, İstanbul təmsilçisi bununla razılaşmayıb. Onlar qarşı tərəfə "20 milyonu hazırlayın" cavabını veriblər. "Beşiktaş"ın prezidenti Fikrət Orman İngiltərə klublarına açıqlanan məbləğdən aşağı düşməyəcəklərini çatdırıb.
8 Noyabr 2017 13:45 İdman"Beşiktaş" rəhbərliyi komandanın aparıcı oyunçularından olan Cenk Tosunun transfer qiymətini açıqlayıb. 26 yaşlı hücumçunu heyətinə qatmaq istəyən "Tottenhem" və "Nyukasl" klublarına rəsmi cavab verilib. Premyer Liqa təmsilçiləri bu keçidi 13-14 milyon avro qarşılığında həyata keçirməyi planlaşdırsalar da, İstanbul təmsilçisi bununla razılaşmayıb. Onlar qarşı tərəfə "20 milyonu hazırlayın" cavabını veriblər. "Beşiktaş"ın prezidenti Fikrət Orman İngiltərə klublarına açıqlanan məbləğdən aşağı düşməyəcəklərini çatdırıb.
Qeyd edək ki, 2014-cü ildən "Beşiktaş"ın formasını geyinən Cenk Tosun 2013-cü ildən Türkiyə yığmasının da şərəfini qoruyur. Apasport.az