Gündəm

Deputat: “Böyük qardaş” rolunu oynamaq cəhdi yolverilməzdir

8 Noyabr 2017 15:06

Milli Məclisdə Azərbaycan parlamentinin Avropa qurumlarındakı nümayəndə heyətlərinin rəhbərləri ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyəti ilə görüş keçiriblər. MM-dən “Olaylar”a verilən məlumata görə, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Şərq Tərəfdaşlığı Sammiti ərəfəsində Azərbaycana gələn qonaqlara ölkəmizdə həyata keçirilən qlobal layihələrdən və islahatlardan söz açıb.

Elmira Axundova: “Tibb işçiləri ələbaxımlılığa öyrədilir”

8 Noyabr 2017 15:04

“Tibb işçiləri ələbaxımlılığa öyrədilir və bu xoş olan hal deyil” “Olaylar” xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisin komitələrində 2018-ci il büdcəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu gün poliknikalarda çalışan tibb işçilərinin maaşları 120-150 manat civarındadır və bu pulla necə yaşamaq olar. Deputat əlavə edib ki, bu gün xaricdə kifayətə qədər tibb sahəsində oxuyan soydaşlarımız var və onlar əməkhaqqının az olmasına görə Azərbaycana dönmək istəmirlər: “Bu gün Azərbaycanda yetərincə peşəkar səviyyəli tibb personalı mövcuddur.

Azərbaycan prezidenti: "1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi"

8 Noyabr 2017 15:02

"Neftçilər bütün dövrlərdə Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət ediblər. Onların zəhməti hesabına ölkəmizin böyük iqtisadi potensialı yaranıb. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1 milyardıncı ton neftin çıxarılmasına dair təntənəli mərasim keçirilib. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkənin inkişafının təmin edilməsində mühüm rol oynayır. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi. Ölkəmizə investisiya gətirdi, Azərbaycanı tanıda bildi və dünyada Azərbaycana maraq artdı. Məhz bu müqavilənin icrası nəticəsində ölkəmizdə infrastruktur layihələri icra edilib".

Prezident: “Neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq”

8 Noyabr 2017 14:59

“Ölkənin kifayət qədər neft və qaz ehtiyatları var. Azərbaycanın maliyyə vəziyyəti bir çox ölkələr üçün nümunədir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxış edərkən deyib.

Ərəb hadisələri və ya regionda yeni siyasi dövrün başlanğıcı

8 Noyabr 2017 14:57

Son günlər Səudiyyə Ərəbistanında baş verən siyasi proseslər özüylə bir sıra maraqlı və cavabı çətin olan sualları meydana çıxarıb. Əsas düşündürücü suallardan biri ondan ibarətdir ki, Ər-Riyadda belə bir radikal addımların atılması hansı zərurətdən meydana gəldi və Səudiyyə Krallığı bununla dünyaya, eləcə də onun dost və düşməni olan ölkələrə hansı mesajı verir. Çünki Səudiyyədə baş verənlər heç də yalnız ölkənin daxili işi kimi xarakterizə edilmir. Və bu radikal addımların müəyyən xarici dairələr üçün də nəzərdə tutulduğu iddia olunur. Siyasi şərhçi Vüqar Zifəroğlu deyir ki,  əslində Səudiyyə Ərəbistanında baş verən prosesləri bir daxili “yenilənmə” kimi də qəbul etmək olar. Onun sözlərinə görə, səudlar bu yenilənməyə getməyə məcbur idilər: “Çünki bölgədə baş verənlər sadəcə fərqli çıxış yolu qoymurdu.

Müsbət iqtisadi tendensiyalar çoxalıb

8 Noyabr 2017 14:54

2015- ci ilin sonunda həyata keçirilən devalvasiyadan sonra nəhayət, mənfi iqtisadi tendensiyalar, durğunluq və sosial şoklar xeyli azalıb. İlk növbədə, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən alınan çevik qərarlar daha çox xaricdən ixrac olunan böhranın fəsadlarını minumuma endirməyə şərait yaratdı.

Səudiyyə Ərəbistanı Yaxın Şərqin diqqət mərkəzinə çevrilir

8 Noyabr 2017 14:53

Son bir həftə ərzində Səudiyyə Ərəbistanında baş verən hadisələr Yaxın və Orta Şərqdə baş verən digər hadisələri ( Suriya, İraq, Qətər) kölgədə qoyub. Onsuz da problemlər məngənəsində sıxılan, münaqişələri bir an səngiməyən ərəb dövlətləri yeni-yeni çağırışlarla üz-üzədir. Qətərlə bağlı baş verən hadisələr, bu kiçik dövlətin böyük nəzərə gəlməsinə səbəb oldu. Gözlənilirdi ki, münaqişə pik nöqtəsinə çatıb və deeskalasiya müharibə olmadan baş verəcək.

Xəyanətə səbəb olan amillər hansılardır?

8 Noyabr 2017 14:50

Ailədaxili münasibətlərin korlanması, qarşılıqlı sevgi münasibətlərinin nifrətə çevrilməsi, nəticə etibarilə boşanma hallarının yaranmasına səbəb olan amillərdən biri də xəyanət hesab edilir. Statistikaya nəzər yetirdikdə ailədə xəyanətə daha çox kişilərin meyilli olduğunu aydın şəkildə görürük. Amma bu o demək deyil ki. qadınlar xəyanət etmir. Təəssüflər olsun ki, bir çox hallarda qadınların da xəyanət etməsi kimi mənfi halla rastlaşırıq. Bəzən isə ortada heç bir xəyanət olmadığı halda tərəflərdən biri onu xəyanət kimi qəbul edərək ailədə münaqişələrə rəvac verir.

Kərə yağının qiyməti nə qədər düşəcək?

8 Noyabr 2017 14:36

Azərbaycanin dinamik iqtisadi inkişafı sosial məsələlərin həllinə geniş imkanlar yaradır. Prezident İlham Əliyevin yürütdüyü sosil siyasət vətəndaşların rifah halının yüksəlməsinə xidmt edir. Elə bu səbədən də dünya ölkələrinidə iqtisadi geriliyin müşahidə olunduğu bir dövrdə Azərbaycanda çoxsaylı sosial layihələr reallaşdılır. Məhz bunun nəticəsidir ki, əhalinin ərzaqla təminatı, onların alıcılıq qabiliyyətinin artırılması məsələsi ön sıralarda durur.

71 yaşlı müğənni ideal formada qalmağın SİRRİNİ AÇDI

8 Noyabr 2017 14:28

Meqa ulduz Ajda Pekkan şəxsi evinin mətbəxindən paylaşdığı şəkillə bağlı açıqlama verib.  71 yaşlı müğənninin dünən instaqramda paylaşdığı foto sosial şəbəkədə ən çox müzakirə olunan mövzulardan biri olub. Ajda Pekkan bunu nəzərə alaraq 71 yaşına qədər ideal formada qalmasının sirri açıb: "Heç vaxt gözəl qadın simvolu olmaq istəməmişəm. Amma hər zaman bədənimi qorudum.

İrəvanda orduya etiraz davam edir: Sarkisyan istefa verəcək

8 Noyabr 2017 14:26

Ermənistanda tələbələrin orduda xidmətdən möhlət hüququnun ləğv edilməsi təklifinə qarşı etirazları davam edir. Müdafiə naziri Viqen Sarkisyanın təşəbbüsü ilə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun layihəsi hazırlanıb.

Sığınacaqda yaşayan uşaqlardan möhtəşəm sevgi təzahürü: “Bayrağımızı sevirik”- VİDEO 

8 Noyabr 2017 14:23

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin Bakıdakı sığınacağında məskunlaşan körpələr 9 noyabr-Bayraq gününü özünəməxsus şəkildə qeyd edib. Ssığınacaqda yaşayan uşaqların iştirakı ilə videoçarx hazırlanıb. Vidoçarxda balacaların bayraq sevgisi əksini tapıb.

Kişi 12 yaşlı qızı qaçırıb, təcavüz etdi

8 Noyabr 2017 14:20

Silsilə cinayətlər törədərək 10 nəfəri öldürən Rose Vestin yaxın qohumu 38 yaşlı Stivn Lets 12 yaşlı qıza təcavüz edib. 38 yaşlı Stivn Lets adlı şəxs 12 yaşlı İngiltərinin Qlauster şəhərinin mərkəzi küçəsində 12 yaşlı qıza yaxınlaşıb, onu qaçırıb, narkotik maddə verdikdən sonra onu zorlayıb. 

Erməni ordusunda təlatüm: Akopyan vurulur

8 Noyabr 2017 14:15

Ermənistanda Konstitusiya dəyişiklikləri qüvvəyə mindikdən sonra bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə kadr dəyişiklikləri edilməsi gözlənilir. “Qraparak” qəzeti Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə bu dəyişikliklərdən sonra Qarabağ separatçılarının “müdafiə naziri” Levon Mnatsakanyanın təyin edilməsinin gözlənildiyini yazıb.

Şimali Koreya ABŞ-ı nüvə silahı ilə vuracaq - Moskvadan DƏQİQ TARİX

8 Noyabr 2017 14:14

“Koreya yarımadası ətrafında yaranan böhranın siyasi həllini tapmasaq, Şimali Koreya rejimində 2-3 ilə qitələrarası ballistik raketlər mütləq olacaq”.  Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin silahsızlaşdırma məsələləri üzrə departamentinin direktoru Mixail Ulyanov deyib.