Şimali Koreya ABŞ-ı nüvə silahı ilə vuracaq - Moskvadan DƏQİQ TARİX
“Koreya yarımadası ətrafında yaranan böhranın siyasi həllini tapmasaq, Şimali Koreya rejimində 2-3 ilə qitələrarası ballistik raketlər mütləq olacaq”. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin silahsızlaşdırma məsələləri üzrə departamentinin direktoru Mixail Ulyanov deyib.
8 Noyabr 2017 14:14 Dünya"Koreya yarımadası ətrafında yaranan böhranın siyasi həllini tapmasaq, Şimali Koreya rejimində 2-3 ilə qitələrarası ballistik raketlər mütləq olacaq". Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin silahsızlaşdırma məsələləri üzrə departamentinin direktoru Mixail Ulyanov deyib. Onun sözlərinə görə, bu raketlər ABŞ-ın kontinental ərazisini vurmağa imkan verəcək. "Bu proqramları (Pxenyanın raket və nüvə proqramları - red.) indi dayandırmalıyıq. Sanksiyalar isə yalnız dörd-beş il ərzində işləyəcək", - diplomat əlavə edin. Ulyanov həmçinin agentliyin əməkdaşı ilə söhbətində qeyd edib ki, Rusiya Şimali Koreyanı nüvə dövləti kimi heç vaxt tanımayacaq. Publika.az "Blomberg" agentliyinə istinadən xəbər verir.