Erməni ordusunda təlatüm: Akopyan vurulur

Ermənistanda Konstitusiya dəyişiklikləri qüvvəyə mindikdən sonra bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə kadr dəyişiklikləri edilməsi gözlənilir. “Qraparak” qəzeti Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə bu dəyişikliklərdən sonra Qarabağ separatçılarının “müdafiə naziri” Levon Mnatsakanyanın təyin edilməsinin gözlənildiyini yazıb.

Ermənistanda Konstitusiya dəyişiklikləri qüvvəyə mindikdən sonra bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə kadr dəyişiklikləri edilməsi gözlənilir. "Qraparak" qəzeti Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə bu dəyişikliklərdən sonra Qarabağ separatçılarının "müdafiə naziri" Levon Mnatsakanyanın təyin edilməsinin gözlənildiyini yazıb.

"Baş Qərargahın hazırkı rəisi Movses Akopyan Müdafiə Nazirliyinə son tədarüklər və tabeliyindəki işçilərə qarşı davranışından sonra öz mövqelərini itirməyə başlayıb. Onun bundan sonrakı dövrdə vəzifədə olması şübhə altındadır. Üstəlik, bu işdə Akopyanın keçmiş müdafiə naziri Seyran Ohanyanla yaxın əlaqələri də mühüm rol oynayır", - qəzetin mənbəsi bildirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31