Xəyanətə səbəb olan amillər hansılardır?

Ailədaxili münasibətlərin korlanması, qarşılıqlı sevgi münasibətlərinin nifrətə çevrilməsi, nəticə etibarilə boşanma hallarının yaranmasına səbəb olan amillərdən biri də xəyanət hesab edilir. Statistikaya nəzər yetirdikdə ailədə xəyanətə daha çox kişilərin meyilli olduğunu aydın şəkildə görürük. Amma bu o demək deyil ki. qadınlar xəyanət etmir. Təəssüflər olsun ki, bir çox hallarda qadınların da xəyanət etməsi kimi mənfi halla rastlaşırıq. Bəzən isə ortada heç bir xəyanət olmadığı halda tərəflərdən biri onu xəyanət kimi qəbul edərək ailədə münaqişələrə rəvac verir.

Bu addımı atan şəxsləri hansı cəza gözləyir?

Ailədaxili münasibətlərin korlanması, qarşılıqlı sevgi münasibətlərinin nifrətə çevrilməsi, nəticə etibarilə boşanma hallarının yaranmasına səbəb olan amillərdən biri də xəyanət hesab edilir. Statistikaya nəzər yetirdikdə ailədə xəyanətə daha çox kişilərin meyilli olduğunu aydın şəkildə görürük. Amma bu o demək deyil ki. qadınlar xəyanət etmir. Təəssüflər olsun ki, bir çox hallarda qadınların da xəyanət etməsi kimi mənfi halla rastlaşırıq. Bəzən isə ortada heç bir xəyanət olmadığı halda tərəflərdən biri onu xəyanət kimi qəbul edərək ailədə münaqişələrə rəvac verir. Qarşılıqlı münasibətlərin getdikcə pisləşməsi isə son nəticədə ailənin dağılmasına səbəb olur. Bu aqressiya daha çox qadınlar tərəfindən nümayiş etdirilir. Belə ki, onun həyat yoldaşının məktəb və ya universitetdəki qız dostu ilə yazın münasibətlər qurması, onunla tez-tez ünsiyyət yaratmasını qadınlar haqsız olaraq xəyanət kimi qəbul edirlər. Psixoloqlara görə, bir qayda olaraq bir çox xoşbəxt ailələrdə kişi kənarda eşq macərası yaşamaqdan imtina etmir, əgər düşünürsə ki, bu haqda heç kim bilməyəcək. Son sorğuların nəticələrinə görə, həyat yoldaşına xəyanət edən kişilərin 56 faizi ailə həyatında çox xoşbəxt olanlardır.  Qadın düşünür ki, əri ondan bezib, yorulub və yeniliklər axtarışındadır. Kişi də çox zaman kənarda nə axtardığını, onu nəyin cəlb etdiyini anlamır. Bəzi kişilər uşaqlıqda, bəziləri gənclikdə məhrum olduğunu axtarır. Bu da birmənalıdır ki, xəyanətdən heç bir qadın, hətta dünyanın ən gözəl xanımı belə sığortalana bilməz. Bəs nə etmək lazımdır? Psixoloqların qənaətincə, ilk növbədə, həyat yoldaşı seçərkən düzgün seçim etmək lazımdır. İkincisi, qadın hər zaman ərini xoşbəxt etməyə çalışmalıdır.

Qeyd etdiyimiz kimi Azərbaycanda xəyanət daha çox boşanma hallarına gətirib çıxarır. Çünki xəyanət edən birisinə hansısa cəza növünün tətbiq edilməsi ilə bağlı bizdə təcrübə və ya praktika yoxdur. Yalnız boşanma hallarından sonra bir tərəfin digər tərəfdən aliment tələb etmək hüququ var. Və ir qayda olaraq bu məsələdə tərəflər arasında ciddi ziddiyət meydana çıxır. Amma dünya dövlətlərinə nəzər yetirdikdə bu istiqamətdə tamamilə başqa bir mənzərənin şahidinə çevrilirik. Yəni xəyanətə görə, fərqli-fərqli ölkələrdə fərqli növdə cəza növləri mövcuddur. Maraqlısı nüans isə ondan ibarətdir ki, xəyanətə görə daha çox qadınlar bu cəzalara məhkum edilir. Bəs, müxtəlif ölkələrdə ərinə xəyanətə görə qadınlara hansı cəzalar tətbiq olunur?. Hüquqşünas Asif Abdullayev deyir ki, cəzalar sırasında ölüm hökmü də var. Onun sözlərinə görə, əvvəllər hətta fillər tərəfindən tapdalanma da xəyanətin cəzası olub: "İran, Səudiyyə Ərəbistanı, Mavritaniya, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya və Sudanda qadının ərinə xəyanət etməsi sübut olunduğu halda, onu daş-qalaq edərək öldürürlər. Xanımına xəyanət etmiş kişilər isə yalnız ictimai qınaqla üzləşirlər. İranda mövcud olan qanuna görə, xəyanət etmiş qadın əri, yaxud ərinin kişi qohumları tərəfindən məhkəməyə qədər öldürülə bilər. Şəriət qaydalarının güclü olduğu Pakistanda isə xəyanətə görə qadını kütlə qarşısında asırlar". Asif Abdullayev bildirib ki, Əfqanıstanda Taliban hərəkatı qadınları xəyanətə görə daş-qalaq edir, yaxud asırlar: "Lakin yeni Əfqanıstan hökuməti bu qaydaları yüngülləşdirərək, xəyanətə görə şallaq vurmadan 10 ilə qədər həbsə kimi müxtəlif cəzalar tətbiq edib. İndoneziyada qadın xəyanəti 15 il həbslə cəzalandırılır". Hüquqşünas bildirib ki, Avropa ölkələrində də xəyanət hallarına görə, müəyyən cəza tədbirləri mövcuddur. Onun sözlərinə görə, Bolqarıstanda xəyanət etmiş tərəf xəyanətə uğrayan tərəfə mütəmadi olaraq aliment ödəməli olur: "İsveçrədə xəyanətə görə cinayət məsuliyyəti, yaxud cərimə nəzərdə tutulmasa da, məhkəmə xəyanətkar tərəfə 3 il müddətinə nikahagirmə qadağası qoya bilər. Böyük Britaniyada uzun illər mövcud olan qanun xəyanətə uğramış kişiyə qadından birdəfəlik kompensasiya tələb etmək hüququ verirdi. Həmin kompensasiya nikah müddətinə kişinin ailəsi üçün çəkdiyi xərcləri qarşılamaqla yanaşı, dəymiş "mənəvi zərəri" də ödəməli idi. Çində ərinə xəyanət edən qadınlar 2 ilə qədər azadlıqdan məhrum oluna bilərlər. Onun əmlakının yarısı ərinin xeyrinə müsadirə olunur. Birləşmiş Ştatların 10 ştatında "xəyanət" cinayət faktı sayılır. Məsələn, Minnesota ştatında həm kişi, həm də qadın xəyanətə görə 5 ilə qədər həbs cəzası və cərimə ala bilər. Qədim monqollar ərinə xəyantə edən qadını qılıncla iki yerə bölürdülər. Asiyanın cənubunda mövcud olmuş Tonkin krallığında isə xəyanətkar qadınlar fillər tərəfindən tapdalanırdı".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31