Kərə yağının qiyməti nə qədər düşəcək?

Azərbaycanin dinamik iqtisadi inkişafı sosial məsələlərin həllinə geniş imkanlar yaradır. Prezident İlham Əliyevin yürütdüyü sosil siyasət vətəndaşların rifah halının yüksəlməsinə xidmt edir. Elə bu səbədən də dünya ölkələrinidə iqtisadi geriliyin müşahidə olunduğu bir dövrdə Azərbaycanda çoxsaylı sosial layihələr reallaşdılır. Məhz bunun nəticəsidir ki, əhalinin ərzaqla təminatı, onların alıcılıq qabiliyyətinin artırılması məsələsi ön sıralarda durur.

Ekspert: "Növündən asılı olaraq kərə yağının hər kiloqramında 3-4 manat qiymət azalması mümkündür"
 

Azərbaycanin dinamik iqtisadi inkişafı sosial məsələlərin həllinə geniş imkanlar yaradır. Prezident İlham Əliyevin yürütdüyü sosil siyasət vətəndaşların rifah halının yüksəlməsinə xidmt edir. Elə bu səbədən də dünya ölkələrinidə iqtisadi geriliyin müşahidə olunduğu bir dövrdə Azərbaycanda çoxsaylı sosial layihələr reallaşdılır. Məhz bunun nəticəsidir ki, əhalinin ərzaqla təminatı, onların alıcılıq qabiliyyətinin artırılması məsələsi ön sıralarda durur. Bütün çatışmazlıqlara, dünya bazarında ərzaq məhsullarının qiymətinin artmasına baxmayaraq, Azərbaycanda həyata keçirilən tədbirlər həmin məhsulların əhali üçün əlçatan olmasına hesablanıb. Azərbaycan Prezidenti İlham Əliyevin kərə yağının ucuzlaşması ilə bağlı verdiyi göstərişin nəticəsi olaraq ölkəyə idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır. Belə ki, Nazirlər Kabineti məsələ ilə bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə müvafiq dəyişiklik edib. Məlumat üçün qeyd edək ki, indiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir. Maraqlıdır, sözügedən qərar kərə yağının nə qədər ucuzlaşmasına səbə olacaq və əhali üçün hansı səviyyədə əlçatan olacaq?
Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması bu məhsulun pərakəndə satış qiymətinə də təsirsiz ötüşməyəcək: "Bilirsiniz ki, Nazirlər Kabineti "Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə müvafiq dəyişiklik edib. İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15%-i həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5%-i həcmində müəyyənləşib. Beləliklə, rüsumlar 10% və 3 dəfə azaldılıb. Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı var idi və hökumət bununla bağlı dərhal müvafiq addım atdı". Onun sözlərinə görə, rüsumların azaldılması pərakəndə satış qiymətlərinə də təsir edəcək: "Əhali bunu tez bir zamanda hiss edəcək. Rüsumlar azaldılıbsa, bu, kərə yağının pərakəndə satış qiymətinə də təsir edəcək. Qiymətlərin yüksək olmasına görə bir çoxları idxalçıları qınayırdı. Lakin nəzərə almalıyıq ki, kərə yağı Azərbaycana Yeni Zelandiyadan idxal olunur ki, orada da bahalaşma baş verib. Üstəlik, nəqliyyat xərcləri, dolların məzənnəsi kimi faktorlar da nəzərə alınmalıdır. Hökumət rüsumları azaltmaqla kərə yağının ucuzlaşmasına şərait yaratmış oldu".
Bəs görəsən, gömrük idxal rüsumunu 15%-dən 5%-ə düşürülməsi Gömrük Komitəsinin idarə rəisinin dediyi kimi, kərə yağının pərakəndə satış qiymətini hiss ediləcək səviyyədə azalda biləcəkmi? Məlumat üçün bildirək ki, Gömrük Komitəsinin açıqladığı sonuncu məlumatda bildirilir ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 49 milyon 65 min dollar dəyərində 10,8 min ton kərə yağı və digər süddən hazırlanan yağlar idxal olunub. Bu isə o deməkdir ki, Azərbaycana idxal olunan kərə yağının 1 kiloqramının gömrük dəyəri 4,5 dollar və ya mövcud məzənnə ilə 7,8 manata bərabərdir. Nazirlər Kabinetinin sonuncu dəyişikliyindən əvvəl gömrük dəyəri 7,8 manat olan kərə yağının üzərinə 1,17 manat (15%) rüsum əlavə olunurdusa, bu dəyişiklikdən sonra kərə yağının üzərinə 39 qəpik (5%) əlavə olunacaq. Rəqəmlərdən də göründüyü kimi dəyişiklikdən sonra 1 kiloqram kərə yağının qiymətində 78 qəpik (10%) azalma olacaq. Hazırda gömrük dəyəri 7,8 manat olan kərə yağının pərakəndə satış qiymətinin 19-20 manat arasında dəyişdiyini nəzərə alsaq, gömrük rüsumunun 78 qəpik həddində azaldılması o deməkdir ki, kərə yağının pərakəndə satış qiyməti 18 manatdan aşağı olmayacaq.
İqtisadçı ekspert Vuqar Byramov bildirib ki, paralel olaraq yeri istehsalı artırmaqla idxaldan asıllığı aradan qaldırmaq və nəticədə dünya bazarındakı qiymətlərin daxili istehlak bazarına minimumlaşdırmaq vacibdir: "Rüsumun 3 dəfə və ya 10 faiz bənd azaldılması idxal edilən məhsulların xərcinin azalmasına və nəticədə daxili bazarda qiymətlərə təsir göstərə bilər. Belə ki, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara və ƏDV tətbiq edilən sonra isə 135.7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123.9 min dollara olacaq. Bu isə o deməkdir ki, son güzəşt hər 100 min dollarlıq idxal kərə yağında 11.8 min dollar fərq yaradacaq. Kərə yağının dünya bazarında qiymətinin son dövrlər ciddi dəyişmədiyini nəzərə alsaq bu halda Yeni Zenlandiyadan idxal edilən növündən asılı olaraq kərə yağının hər kiloqramında orta hesabla 3-4 manat qiymət azalmasına gətirib çıxara bilər. Dəyişikliyin gələn ay tətbiq edildiyini nəzərə alsaq onun istehlak bazarına təsirləri ən tezi növbəti ilin əvvəlində müşahidə edilə bilər".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31