Səudiyyə Ərəbistanı Yaxın Şərqin diqqət mərkəzinə çevrilir

Son bir həftə ərzində Səudiyyə Ərəbistanında baş verən hadisələr Yaxın və Orta Şərqdə baş verən digər hadisələri ( Suriya, İraq, Qətər) kölgədə qoyub. Onsuz da problemlər məngənəsində sıxılan, münaqişələri bir an səngiməyən ərəb dövlətləri yeni-yeni çağırışlarla üz-üzədir. Qətərlə bağlı baş verən hadisələr, bu kiçik dövlətin böyük nəzərə gəlməsinə səbəb oldu. Gözlənilirdi ki, münaqişə pik nöqtəsinə çatıb və deeskalasiya müharibə olmadan baş verəcək.

Əlimusa İbrahimov: "Hakimiyyətdə olan qüvvələr Amerikanın kürdlərin başına gətirdiyi oyundan nəticə çıxarmalıdırlar"

Son bir həftə ərzində Səudiyyə Ərəbistanında baş verən hadisələr Yaxın və Orta Şərqdə baş verən digər hadisələri ( Suriya, İraq, Qətər) kölgədə qoyub. Onsuz da problemlər məngənəsində sıxılan, münaqişələri bir an səngiməyən ərəb dövlətləri yeni-yeni çağırışlarla üz-üzədir. Qətərlə bağlı baş verən hadisələr, bu kiçik dövlətin böyük nəzərə gəlməsinə səbəb oldu. Gözlənilirdi ki, münaqişə pik nöqtəsinə çatıb və deeskalasiya müharibə olmadan baş verəcək. Amma bu böhranı həll etmədən asılı vəziyyətdə buraxaraq Səudiyyə Ərəbistanı yeni-yeni münaqişə mənbələri yaradılmasında iştirak edir. Suriyada, İraqda, Yəməndə nəzərdə tutduğu məqsədinə nail ola bilməyəm monarxiya münaqişəyə cəlb etdiyi ərəb ölkələrinin siyahisini artırır. Livan növbədədir. Onun Baş Naziri Saad Haririnin istefa verməsi bu ölkəni qaynar nöqtəyə yaxınlaşdırır. Siyasi elmlər üzrə Fəlsəfə Doktoru, politoloq Əlimusa İbrahimov bildirib ki, səudlar xaricdə olduğu kimi daxildə də riskli addımlar atmaqdan çəkinmir. Ölkədə aparılan təmizləmə əməliyyatı zamanı 11 nəfər tanınmış iş adamının və hərbçinin həbs edilməsi hakimiyyətin möhkəmləndirilməsi istiqamətində atılan addımlar kimi qiymətləndirilir. Vəliəhd Məhəmməd bin Salman Monarxiyanın zirvəsinə gedən yolunu təmizləyir. 80 yaşlı atasının hakimiyyətdə qalacağı müddət onsuz da hesablanıb. Onun vəliəhəd təyin olunması zamanı hakimiyyətin zirvəsinə qədər olan məsafəni 6 aya qədər hesablamışdılar. Bu 6 ay sona yaxınlaşmaqdadır. Amma Vələhd aktivləşdikcə onun zirvəyə yürüşü də çətinləşir. Digər tərəfdən, o, yaxın və uzaq qüvvələri ətrafgında birləşdirmək əvəzinə, daha radikal addımlar ataraq süni maneələr yaradır. Daxili qüvvələr bir tərəfdən, xarici qardaş ölkələr digər tərəfdən onun apardığı siyasətin əsirinə çevrilirlər: "Təbii ki, Məhəmməd bin Salman arxalandığı qlobal xarici qüvvənin hesabına və onlardan aldığı kart-blanş daxilində hərəkət edir. Təsadüfi deyil ki, onun həm daxili , həm də xarici siyasət sahəsində atdığı addımlar təriflənir və hətta zəruri addım kimi qiymətləndirilir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Koreyadan Səudiyyə Ərəbistanında baş verən hadisələrə reaksiya verir və bu tədbirləri zamanında görülmüş tədbirlər adlandırır. Zamanında Qətərlə olan hadisələri, Yəməndə gedən prosesləri qiymətləndirdiyi kimi. Amma Səudiyyə Ərəbistanında hakimiyyətdə olan qüvvələr ən azından İraqda yaranan vəziyyətdən və Amerikanın kürdlərin başına gətirdiyi oyundan nəticə çıxarmalıdırlar. Məlum olduğu kimi, Regional Kürd Dövlətinin rəhbərləri referenduma gedərkən ən böyük ümidləri ABŞ-ın mövqeyi, daha doğrusu mövqesizliyi idi. Onlarda əminlik mövcud idi ki, Amerika referendum avantürasında onların yanında olacaq. Nəticə isə göz qabağındadır. İraqda yaşayan kürdlər illərlə qram-qram topladıqları nüfuz və imici bir günün içində itirdilər. Kürdlər bu gün nəinki müstəqillik qazandı, hətta ona olan ümidlərini 100 il geri atdılar. Həm region dövlətləri, həm İraq bundan sonra kürdlərlə ehtiyatlı dolanacaq və onların iştahlarını uzun müddət cilovlamağa cəhd edəcəklər.Təbii ki, mövzumuz Səudiyyə Ərəbistanı və onun ətrafında baş verən hadisələrdir. Qətərla məlum hadisədən dərhal sonra ABŞ onun yeni seçilmiş Prezidenti Tramp simasında Qətərə altılıq (Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Liviya və Yəmən) tərəfindən tətbiq edilən sanksiyalara tərəfdar çıxdı. Amma müəyyən müddət sonra Dövlət Katibi Reks Tillerson Qətərin yenidən Körfəz Ölkəlri Əməkdaşlıq Təşkilatına qaytarılmasının zəruriliyini müdafiə etdi. Qətəri sıxışdırmaq siyasətinin fiaskoya uğramasına dəlalət edən digər cəhət isə onun nəzərdə tutulan məqsədə çatmamsı idi. Bildiyimiz kimi əsas hədəf Qətəri İranın nüfuz dairəsindən uzaqlaşdırmaq idi. Nəticədə isə bu əlaqələr daha da möhkəmıləndi. İran indi Qətərin regiondakı barmaqla sayılan tərəfdaşları sırasındadır. Səudiyyə Ərəbistanı bu gün Yaxın və Orta Şərqin diqqət mərkəzinə çevrilir. Amma istədiyimiz odur ki, bu xoş hadisələr , uğurlu xarici siyasət nəticəsində olsun".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31