Gündəm

Paytaxtın daha bir küçəsində təmir işləri aparılıb

8 Noyabr 2017 15:34

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətind aparılan kompleks tədbirlər çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Quba şəhəri Fətəli Xan küçəsində təmir-tikinti işləri aparılıb.

Bakıda dördtərəfli görüş keçirilir

8 Noyabr 2017 15:33

Bakıda Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti inkişafı üzrə İşçi Qrupunun dördtərəfli görüşü keçirilir.

Avropanın 5 universiteti arasında ikili diplom müqaviləsi imzalanacaq

8 Noyabr 2017 15:31

Azərbaycan Texniki Universitetinin (AzTU) regional koordinatoru olduğu Erasmus+ layihəsi çərçivəsində 7-8 dekabr tarixlərində Parisin CNAM universitetində ikili diplom seminarının keçirilməsi planlaşdırılır. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Azərbaycandan olan tərəfdaş universitetlərin: Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Sumqayıt Dövlət Universitetinin rektorları, həmçinin layihənin regional texniki direktoru AzTU-nun professoru Həsən Hüseynov seminarın işində iştirak etmək üçün Parisə dəvət olunublar. Seminarda Azərbaycanın(3), Rusiya Federasiyasının(5) və Çinin(2) tərəfdaş universiteti ilə Avropanın aparıcı 5 universiteti arasında “Bərpa olunan enerji mənbələri”, eləcə də “Binaların enerji səmərəliliyi” ixtisasları üzrə ikili diplom müqavilələrinin imzalanması nəzərdə tutulub. İkili diplom müqaviləsinin Fransanın CNAM, İspaniyanın Sevilya, Almaniyanın Leypsik, İtaliyanın Pavia və Turin Universitetləri ilə bağlanması planlaşdırılıb.

Azərbaycan və Almaniya hərbi mütəxəssislərinin görüşü keçirilir

8 Noyabr 2017 15:31

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramına əsasən hərbi psixologiya, hərbi qanunvericilik, mətbuat və ictimaiyyətlə əlaqələr məsələləri üzrə mütəxəssislərin görüşü keçirilir.

“Hacı Qara”- da yeniliklər olacaq

8 Noyabr 2017 15:30

 Noyabrın 9 – da Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası olacaq. Teatrın Mətbuat xidmətindən Olaylar.az – a bildirilib ki, dahi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyası nümayiş olunacaq. Meydan üslubunda hazırlanan və bir sıra yeniliklərlə zəngin olan tamaşanın quruluşçu rejissoru Əməkdar artisti Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur.

Ötən ay 8112 vergi ödəyicisi qeydiyyatdan keçib

8 Noyabr 2017 15:27

2017-ci ilin oktyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 25219 zəng cavablandırılıb. Nazirliyin Media Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 141 883 SMS göndərilib. Oktyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 436505 daxilolma qeydə alınıb.Vergi ödəyicilərinə xidmət strukturlarında 38558 vətəndaş qəbul edilərək onlara 55354 sayda xidmət göstərilib. 2017-ci ilin 1 noyabr tarixinə vergi ödəyicilərinə ümumilikdə 384246 sayda ASAN İmza sertifikatı verilib. 2017-ci ilin oktyabr ayı ərzində 8112 vergi ödəyicisi (1127 hüquqi şəxs, 6985 fiziki şəxs) qeydiyyatdan keçib.

Azərbaycan və Meksika gömrük xidmətləri arasında əməkdaşlq perspektivləri müzakirə edilib

8 Noyabr 2017 15:26

Noyabrın 8-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırki durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

İraqda azərbaycanlı zəvvar yoxa çıxdı

8 Noyabr 2017 15:20

İraqda azərbaycanlı zəvvar itkin düşüb. 62 yaşlı Məlahət Zamanovadan iki gündür məlumat yoxdur. Onun azərbaycanlılardan ibarət zəvvar dəstəsindən ayrı düşdüyü bildirilir.

Ağsuda 658 sahibkara 18,2 milyon manat güzəştli kredit verilib

8 Noyabr 2017 15:16

İndiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 69,6 milyon manat güzəştli kredit verilib.

Pensiyaların artırılması üçün yeni mexanizm tətbiq olunacaq

8 Noyabr 2017 15:15

Gələn ildən pensiyaların artırılması üçün yeni mexanizmdən istifadə olunacaq. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov paralamentdə büdcə müzakirəsi zamanı deyib. Nazir bildirib ki, "Pensiyalar haqqında” qanunda pensiyaların artırılması mexanizmi dəyişib: “Əvvəllər pensiya iki yerə, baza və sığorta hissəsinə bölünürdü.

Səlim Müslümov: “Hesabında ən azı 110 manat toplanmayan şəxslər əmək pensiyası almayacaq”

8 Noyabr 2017 15:14

Azərbaycanda yaşa görə müavinət alan şəxslərin sayının artmasının səbəbləri açıqlanıb. “Olaylar” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov paralamentdə büdcə müzakirəsi zamanı deyib ki, artıq sırf sığorta prinsiplərinə keçidin təminatı ilə bağlı olaraq, hesabında ən az 110 manat, yəni pensiyanın formalaşmasına imkan verən qədər vəsait toplanmayan şəxslərin əmək pensiyası almaq hüququ olmayacaq: “Praktika göstərir ki, bu, yaşı gəlib çatmış şəxslərin pensiya almaq hüquqlarını müəyyən qədər azaldır.

Nazir: “Azərbaycanda sığınacaqların sayı artırılacaq”

8 Noyabr 2017 15:13

Azərbaycanda məişət zorakılığından əziyyət çəkənlər üçün sığınacaqların sayı artırılacaq.“Olaylar” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov pralamentdə büdcə müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, məişət zorakılığının qurbanları olan insanlar üçün Bakıda iki sığınacaq fəaliyyətə başlayıb: “Bu sığınacaqlar çox böyükdür və Avropa standartları səviyyəsində qurulub. Bu yaxınlarda Bakının mərkəzində, Səbail rayonu ərazisində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi açılıb

Dənizə düşən şəxs xilas edilib

8 Noyabr 2017 15:12

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşmüşdür. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunmuşdur. Vətəndaş xilasedicilər tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilmişdir.

Beynəlxalq Muğam Mərkəzində Zakir Mirzəyevin yaradıcılıq gecəsi 

8 Noyabr 2017 15:09

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, tanınmış qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçirilib. Olaylar.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində keçirilən tədbir Zakir Mirzəyevin ifasında müəllifi olduğu “Muğam və rəqs” əsərinin səslənməsi ilə başlanıb. 

Deputat: “Tibb Universitetinin klinikalarına gələn xəstələrin sayı azalıb”

8 Noyabr 2017 15:07

“Şəkərli-diabet xəstələri haqqında proqrama əsasən ayrılan vəsaitin keçən ilki səviyyədə saxlanılması dərman çatışmazlığına səbəb ola bilər”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deputat Rafiq Məmmədhəsənov deyib. O, bildirib ki, bu xəstələrin haqlı narazılığına səbəb ola bilər: “Azərbaycanda da şəkərli-diabet xəstələri haqqında proqrama əsasən keçən ilki qədər vəsait ayrılıb.