Bakıda dördtərəfli görüş keçirilir
Bakıda Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti inkişafı üzrə İşçi Qrupunun dördtərəfli görüşü keçirilir.
8 Noyabr 2017 15:33 SosialBakıda Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları arasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti inkişafı üzrə İşçi Qrupunun dördtərəfli görüşü keçirilir. "OLAYLAR"-ın "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən verdiyi xəbərə görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov, "Rusiya Dəmir Yolları" ASC-nin vitse-prezidenti Vyaçeslav Pavlovski, Belarus Dəmir Yolları rəisinin birinci müavini İqor Şilov, və İran Dəmir Yolu İdarə Heyətinin üzvü Hüseyn Aşuri iştirak edirlər. Tədbirdə "Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə razılaşdırılmış tarif siyasətinin formalaşdırılması və vaqon daşımalarında rəqabətədavamlı tariflərin yaradılması", "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırılması", "Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə öz hərəkət heyəti parkına aid vaqonlardan istifadə qiymətinin təyin edilməsi, həmçinin inventar parkına aid vaqonların bu marşruta cəlb edilmə imkanlarının araşdırılması və digər məsələlər müzakirə edilir. İki gün davam edəcək tədbirin sonunda müvafiq sənədlərin imzalanması gözlənilir.