Azərbaycan və Meksika gömrük xidmətləri arasında əməkdaşlq perspektivləri müzakirə edilib

Noyabrın 8-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırki durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Noyabrın 8-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırki durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb. Meksikalı diplomatı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. Aydın Əliyev iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, 2014-cü ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Ümumdünya Gömrük Təşkilatının Beynəlxalq PICARD Konfransında iştirak etmək üçün Meksikaya səfərini məmnunluqla xatırlayıb, eləcə 2015-ci ildə Bakıda keçirilən 10-cu illik PICARD Konfransında meksikalı tələbələrin iştirakının qarşılıqlı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi üçün çox faydalı olduğunu bildirib. DGK sədriAydın Əliyev cari ilin 1-3 noyabr tarixlərində Kolumbiyada logistika və səlahiyyətli iqtisadi operatorlarla bağlı keçirilən beynəlxalq tədbirlər zamanı Meksika gömrük xidmətinin nümayəndələri ilə səmərəli görüşlərin keçirildiyini bildirib. Kolumbiyada keçirilən görüş zamanı meksikalı həmkarlarına Azərbaycan gömrük sistemində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verdiyini diqqətə çatdıran A. Əliyev hazırda Amerika regionunda logistika sahəsində Meksika modelinin tətbiq olunmasının bu sahədə əldə olunan mühüm nailiyyətlərdən xəbər verdiyini vurğulayıb. İki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı üçün hazırda əlverişli şəraitin yarandığını bildirən Komitə sədri, Bakı-Tbilisi-Qars dəmiryolunun və Beynəlxalq Dəniz Limanının fəaliyyətə başlaması ilə birlikdə logistika sahəsində xarici investorlar üçün səmərəli və münbit şərait yarandığını, ölkəmizin xarici investisiyalar üçün xüsusi güzəştlər təbiq etdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31