Beynəlxalq Muğam Mərkəzində Zakir Mirzəyevin yaradıcılıq gecəsi
Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, tanınmış qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçirilib. Olaylar.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində keçirilən tədbir Zakir Mirzəyevin ifasında müəllifi olduğu “Muğam və rəqs” əsərinin səslənməsi ilə başlanıb.
8 Noyabr 2017 15:09 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində Əməkdar artist, tanınmış qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçirilib. Olaylar.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin və "Mədəniyyət" kanalının birgə layihəsi çərçivəsində keçirilən tədbir Zakir Mirzəyevin ifasında müəllifi olduğu "Muğam və rəqs" əsərinin səslənməsi ilə başlanıb.
Gecədə sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verilib. Xalq artisti, bəstəkar Tofiq Bakıxanov, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov, akademik Vasim Məmmədəliyev və digərləri çıxış edərək sənətkara yeni yaradıcılıq uğurları arzulayıblar.
Zakir Mirzəyev qarmonu simfonik orkestrlə uzlaşdıran ilk ifaçıdır. O, Vyanada Üzeyir bəyin heykəlinin açılışı zamanı Motsartın əsərini qarmonda səsləndirərək Avropa dinləyicilərinə bu alətin Azərbaycan musiqi ifaçılığında mühüm yer tutduğunu sübut etməklə yanaşı, həm də yüksək peşəkarlıq nümayiş etdirib.
Xalq artistləri Aftandil İsrafilov, Ənvər Sadıqov, Gülyaz Məmmədova, Əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov, qarmon ifaçıları Aydın Əliyev, Teyyub Teyyuboğlu, klarnet ifaçısı Qulammirzə Mirzəyev öz musiqi töhfələri ilə Zakir Mirzəyevi təbrik ediblər.
İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayiət etdi.