Ötən ay 8112 vergi ödəyicisi qeydiyyatdan keçib

2017-ci ilin oktyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 25219 zəng cavablandırılıb. Nazirliyin Media Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 141 883 SMS göndərilib. Oktyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 436505 daxilolma qeydə alınıb.Vergi ödəyicilərinə xidmət strukturlarında 38558 vətəndaş qəbul edilərək onlara 55354 sayda xidmət göstərilib. 2017-ci ilin 1 noyabr tarixinə vergi ödəyicilərinə ümumilikdə 384246 sayda ASAN İmza sertifikatı verilib. 2017-ci ilin oktyabr ayı ərzində 8112 vergi ödəyicisi (1127 hüquqi şəxs, 6985 fiziki şəxs) qeydiyyatdan keçib.

2017-ci ilin oktyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 25219 zəng cavablandırılıb. Nazirliyin Media Kommunikasiya Mərkəzindən "Olaylar"a verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 141 883 SMS göndərilib. Oktyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 436505 daxilolma qeydə alınıb.Vergi ödəyicilərinə xidmət strukturlarında 38558 vətəndaş qəbul edilərək onlara 55354 sayda xidmət göstərilib. 2017-ci ilin 1 noyabr tarixinə vergi ödəyicilərinə ümumilikdə 384246 sayda ASAN İmza sertifikatı verilib. 2017-ci ilin oktyabr ayı ərzində 8112 vergi ödəyicisi (1127 hüquqi şəxs, 6985 fiziki şəxs) qeydiyyatdan keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31