Pensiyaların artırılması üçün yeni mexanizm tətbiq olunacaq

Gələn ildən pensiyaların artırılması üçün yeni mexanizmdən istifadə olunacaq. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov paralamentdə büdcə müzakirəsi zamanı deyib. Nazir bildirib ki, "Pensiyalar haqqında” qanunda pensiyaların artırılması mexanizmi dəyişib: “Əvvəllər pensiya iki yerə, baza və sığorta hissəsinə bölünürdü.

Gələn ildən pensiyaların artırılması üçün yeni mexanizmdən istifadə olunacaq. "Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov paralamentdə büdcə müzakirəsi zamanı deyib. Nazir bildirib ki, "Pensiyalar haqqında" qanunda pensiyaların artırılması mexanizmi dəyişib: "Əvvəllər pensiya iki yerə, baza və sığorta hissəsinə bölünürdü. Pensiyanın baza hissəsi prezident İlham Əliyevin sərəncamları hesabına müəyyən məbləğlərlə artırılırdı. Sığorta hissəsi isə hər ilin əvvəlində əvvəlki ilin inflyasiya göstəricisinə uyğun olaraq artırılır, indeksləşdirilirdi. İndi bu mexanizm dəyişib. Artıq pensiyanın baza hissəsi yoxdur, ümumi məbləğ var. Artımlar bütün məbləğə şamil olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31