Gündəm

Ohanyan indi də arvadını Sərkisyana qarşı meydana sürür

8 Noyabr 2017 16:00

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçaturyan öz partiyasını yaradacaq.  Ermənistanın “İravunk” qəzeti Xaçaturyanın partiya yaradılması ilə bağlı hazırlığın üç aydır davam etdiyini yazıb.

Jirinovskinin Tramp arzusu puç oldu

8 Noyabr 2017 15:58

ABŞ Prezidenti Donald Tramp Amerikaya yaraşmır. Buna görə də bu ölkədəki seçki sistemini dəyişmək lazımdır. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski söyləyib.

“İspaniyada Azərbaycan dili və mədəniyyət mərkəzi yaradıla bilər” – səfir İqnasio Sançez

8 Noyabr 2017 15:53

Noyabrın 8-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə görüşüb. Olaylar.az bildirir ki, ADU-da ispan dili, tarixi və mədəniyyətinin öyrənildiyini deyən rektor diplomatı tələbələrlə görüşə dəvət edib. K.Abdulla əlavə edib ki, diplomat “Səfir saatı”nda istədiyi mövzuda mühazirə deyə bilər. O, qeyd edib ki, ADU tələbələri ispan dili və ədəbiyyatını çox sevir və universitetdə fəaliyyət göstərən İspan dili mərkəzi bu istiqamətdə çox iş görür: “Biz də sizdən İspaniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasında bizə dəstək olmağınızı xahiş edirik”. K.Abdulla ADU-nun İspaniya tərəfindən yalnız auditoriya ayrılması və fənnin dərs proqramına salınmasını gözlədiyini deyib.

Suraxanıda fermaya basqın edənlər saxlanıldı

8 Noyabr 2017 15:51

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsi (PB)əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində ötən ildən bağlı qalan quldurluq cinayətinin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, 28 dekabr 2016-cı il tarixində iki nəfər naməlum şəxs Dədə Qorqud qəsəbəsində yerləşən fermalardan birinin yaşayış sahəsinə basqın edərək oranın sahibi Hafis Həsənovun həyat və sağlamlığına zor tətbiq etməklə, yəni silah qismində istifadə olunan dəmir parçası ilə ona xəsarət yetirərək ondan pul tələb edib.

Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25 illiyi ilə bağlı konfrans keçirilib

8 Noyabr 2017 15:50

Noyabrın 8-də UNEC-də Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi və UNECin birgə təşkilatçılğı ilə keçirilən konfransda Türkiyənin ölkəmizdə fəaliyyət göstərən ictimai və elmi qurumlarının nümayəndələri, iş adamları iştirak edib.

Azertelecom şirkəti ilə Facebook korporasiyası arasında müqavilə imzalanıb

8 Noyabr 2017 15:50

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan milli magistral (backbone) internet operatoru “Azertelecom” MMC ilə Facebook korporasiyası arasında Facebook şirkətinin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin “Azertelecom” MMC-nin Data mərkəzində yerləşdirilməsi barədəmüqavilə imzalanıb.

Musa Qasımlı beynəlxalq toplantıda “Tarix dərsliklərində türk tarixi məsələləri”ndən danışdı

8 Noyabr 2017 15:49

Azərbaycanlı millət vəkili, professor Musa Qasımlı Ankarada Türk Tarix Qurumunun keçirdiyi beynəlxalq elmi seminarda iştirak edib. “Olaylar” xəbər verir ki, professor Musa Qasımlı seminarda “Tarix dərsliklərində türk tarixi məsələləri” mövzusunda məruzə edərək, dərsliklərə Türk tarixinin salınmasının əhəmiyyətindən danışıb.

Kriminal hadisələr media vasitəsilə ictimaiyyətə öz təsirini göstərir

8 Noyabr 2017 15:46

Noyabrın 8 – də Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib.

Kabel oğruları ələ keçiblər

8 Noyabr 2017 15:44

Sabunçu rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki telefon qovşağına məxsus 90 metr rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri - Tərlan Şıxəliyev və Sergey Karqin tutulublar, 1 nəfər isə müəyyən edilib. İlkin araşdırma zamanı tutulan şəxslərin əvvəllər məhkum olunduqları müəyyən eilib.

Cinayətkar qrupun bir üzvü tutulub

8 Noyabr 2017 15:43

Quldurluq etməkdə şübhəli bilinən qrupun üzvü tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də G.Abdullayevanın 3800 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvü Vasif İsgəndərov tutulub. 90 metr rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Tərlan Şıxəliyev və Sergey Karqin tutulublar, 1 nəfər isə müəyyən edilib.

Oğrunun digər əməlləri də üzə çıxdı

8 Noyabr 2017 15:40

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin digər əməlləri ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vurğun İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə onun cari il avqustun 18-də rayon ərazisindəki evlərin birindən 2950 manat və 900 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.

Qaçırdığı avtomobillə qəza törətdi

8 Noyabr 2017 15:39

Avtomobil qaçıraraq qəza törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da saat 23 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisindən paytaxt sakini Naib Hüseynova məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb. Avtomobil noyabrın 7-də qəsəbə ərazisində maneəyə vurulmuş halda tapılıb. Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Rəşad Əsgərov tutulub.

Gəncədə soyğunçu saxlanıb

8 Noyabr 2017 15:37

Soyğunçuluqda şübhəli bilinən Gəncə şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 7-də saat 1 radələrində Gəncə şəhərinin Məhsəti qəsəbəsində naməlum şəxs qəsəbə sakini Umud Quliyevə zor tətbiq edərək 35 manatını alıb. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini Fəqan Heydərov tutulub.

Ərini qətlə yetirən qadın tutulub

8 Noyabr 2017 15:36

 Həyat yoldaşını qətlə yetirən Sabunçu rayonu ərazisində yaşayan Tünzalə Vəliyeva tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 7-də saat 21 radələrində Sabunçu rayonu ərazisində yaşayan Tünzalə Vəliyeva evində ailə-məişət münaqişəsi zəminində əri Nazimin baş nahiyəsinə küt alətlə xəsarət yetirib və nəticədə N.Vəliyev hadisə yerində ölüb. T.Vəliyeva Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Cenevrədə Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən danışılıb

8 Noyabr 2017 15:34

BMT-nin Cenevrədəki baş qərargahında “Mədəniyyətlərarası dialoq vasitəsilə konfliktlərin qarşısının alınması: Azərbaycan modeli” adlı beynəlxalq konfrans keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbir Avropa Azərbaycanlıları Cəmiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən BMT Sülh Həftəsi çərçivəsində təşkil edilib.